Balıq tutmağa getdi, 57 milyon qazandı: Şanslı balıqçının inanılmaz hekayəsi!

Balıq tutmağa getdi, 57 milyon qazandı: Şanslı balıqçının inanılmaz hekayəsi!

Avstraliyada bir kişi təsadüfən balıqçılıq yarışmasında iştirak edərək gözlənilmədən böyük məbləğdə pul qazanıb.

Gundelik.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Oktyabrın 29-da, cümə axşamı, Darvin şəhərinin 26 yaşlı sakini Metyu Moris xaricdən gələn qardaşı ilə balıq tutmağa yollanıb. Kişi bildirib ki, balıqçılıq sadəcə qardaşı ilə vaxt keçirmək üçün bir bəhanə olub və onlar bu işə ciddi hazırlaşmayıblar.

Qardaşı ilə söhbət edərkən Moris təsadüfən təxminən 80 santimetr uzunluğunda ağ dəniz xanısı tutub. Lakin balıqçı ovunun üzərindəki qırmızı nişanı dərhal görüb və böyük sərvət qazandığını anlayıb.

Məlum olub ki, oktyabrın 1-də Avstraliyanın Şimal Ərazisində Million Dollar Fish adlı balıqçılıq müsabiqəsi başlayıb. Təşkilatçılar bölgənin su hövzələrinə üzərində xüsusi nişanlar olan 100 dəniz xanısı buraxıblar.

Həmin balıqlardan hər birini tutan şəxsə 10 min Avstraliya dolları (569 min rubl) mükafat verilirdi. Qırmızı nişanlı bir balığın tutulmasına görə isə 1 milyon Avstraliya dolları (56,9 milyon rubl) mükafat nəzərdə tutulmuşdu.

Məhz həmin balığı Metyu Moris tutub.

Kişi yarışmanın rəsmi iştirakçısı olmayıb və müsabiqədə iştirak etmək niyyətində də olmayıb. Buna baxmayaraq, o, qalib olub.

“Bütün bunlar sanki yuxuda baş verir. Düşünmürəm ki, bu pula toxunmalıyam”, – deyə Moris zarafat edib.

O, əlavə edib ki, böyük ehtimalla qazandığı pulu ağıllı şəkildə xərcləyəcək: ev alacaq, bütün borclarını ödəyəcək və yalnız bundan sonra özünü bir az əzizləyəcək.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin Pensilvaniya ştatında bir kişi 16,4 kiloqram ağırlığında nəhəng kanal yayın balığı tutub. Sonradan məlum olub ki, balıqçı ştatın 35 illik rekordunu qırıb.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.