Batrakov Messi və Ronaldonu geridə qoydu: Sosial şəbəkələrdə bu statistika müzakirə olunur!

Batrakov Messi və Ronaldonu geridə qoydu: Sosial şəbəkələrdə bu statistika müzakirə olunur!

“Qalatasaray” Çempionlar Liqasının 4-cü turunda RAMS Parkda “Ştutqart”ı 2:0 hesabı ilə məğlub edərkən gecənin qəhrəmanı Aleksey Batrakov olub.

Gundelik.az xəbər verir ki, Almaniya təmsilçisinə qarşı cəmi üç dəqiqə ərzində iki dəfə fərqlənən gənc ulduz Avropa futbolunda geniş müzakirələrə səbəb olacaq statistikaya imza atıb.

“Qalatasaray”ın gənc ulduzu Aleksey Batrakov “Ştutqart”la qarşılaşmada vurduğu iki qolla Çempionlar Liqasında qol sayını 4-ə çatdırıb. Rusiyalı futbolçunun turnir tarixinin iki əfsanəsi Lionel Messi və Kriştiano Ronaldonu geridə qoyduğu statistika sosial şəbəkələrdə gündəm olub.

ŞTUTQARTA QARŞI 3 DƏQİQƏDƏ 2 QOL!

Çempionlar Liqasında “Ştutqart”ı qəbul edən “Qalatasaray”ın heyətində Aleksey Batrakov 12-ci dəqiqədə komandasını hesabda önə keçirib. Rusiyalı ulduz cəmi üç dəqiqə sonra yenidən səhnəyə çıxaraq fərqi iki topa çatdırıb və “Qalatasaray”ın 2:0 hesablı qələbəsində əsas rol oynayıb.

BARSELONA VƏ LİLLƏ QARŞISINDA DA FƏRQLƏNİB!

Batrakov “Ştutqart”la oyundan əvvəl “Barselona” və “Lill”lə qarşılaşmalarda da qol vurmuşdu. Almaniya təmsilçisinə qarşı qeydə aldığı iki qolla Çempionlar Liqasındakı qol sayını 4 matçda 4-ə çatdıran 21 yaşlı futbolçu bombardirlər yarışında da zirvəyə şərik olub.

MESSİ VƏ RONALDONU GERİDƏ QOYDU!

Sosial şəbəkələrdə paylaşılan statistika böyük marağa səbəb olub. Çempionlar Liqasında 4 qola çatmaq üçün lazım olan oyun sayına görə Batrakov futbol tarixinin iki əfsanəvi adını geridə qoyub:

- Aleksey Batrakov: 4 oyun

- Lionel Messi: 13 oyun

- Kriştiano Ronaldo: 30 oyun

Batrakovun cəmi dörd qarşılaşmada bu göstəriciyə çatması gənc ulduzun Avropa səhnəsindəki təsirli başlanğıcını nümayiş etdirir.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.