69 nəfərin öldüyü qəzadan sonra nazir istefa verdi
İspaniyanın nəqliyyat naziri Oskar Puente bir ildən az müddət ərzində ölkədə iki ölümcül qatar qəzasının baş verməsindən sonra istefa vermək qərarına gəlib.
Gundelik.az xəbər verir ki, nazir qərarını parlamentdə çıxışı zamanı açıqlayıb.
“İspaniya kimi bir ölkədə nəqliyyat naziri bir ildən az müddətdə bu miqyasda iki böyük qəzadan sonra vəzifəsində qala bilməz”, - deyə Puente bildirib.
Nazir oktyabrın 28-də 69 nəfərin həyatını itirdiyi son qatar qəzasından dərhal sonra istefa verməyi düşündüyünü qeyd edib. Lakin qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə oxşar faciələrin qarşısının alınması üçün tədbirlərin görülməsi məqsədilə qərarını bu vaxta qədər açıqlamadığını vurğulayıb.
İstefa qərarını elan edən Puente vəzifəsini konkret hansı tarixdə tərk edəcəyini isə açıqlamayıb.
Xatırladaq ki, bu ilin yanvar ayında İspaniyada baş verən digər qatar qəzası nəticəsində 46 nəfər ölmüşdü.