Həvva Yambulatova qəfil vəfat etdi
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib.
Gundelik.az xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb.
Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiyi bildirilməyib.
Qeyd edək ki, idmançı 2026-cı ilin sentyabrında yeniyetmə və gənclər arasında boulderinq üzrə keçirilən ölkə birinciliyində qızıl medal qazanaraq Azərbaycan çempionu olub.
Onun meyitinin yaşadığı evdə tapıldığı qeyd edilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.