Azərbaycanda yeni metal yataqları axtarılır – 127 min manat ayrıldı
Azərbaycanda qara və əlvan metal yataqlarının geoloji axtarışı və qiymətləndirilməsi çərçivəsində buruq qazma işləri həyata keçiriləcək.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 127 440 manatlıq müqavilə bağlayıb.
İşlərin icrası “GeoMineDrilling” MMC-yə həvalə olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Layihə üzrə qazma işləri ilə yanaşı, ərazilərdə yolların çəkilməsi, qazma meydançalarının hazırlanması, bərkidilməsi və su ilə təminat kimi köməkçi işlərin də görülməsi nəzərdə tutulur.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.