Sadiq Qurbanov: “Zəfər günü xalqımızım qalib ruhunun təzahürüdür”
Zəfər günü xalqımızım qalib ruhunun təzahürüdür.
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatla, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Zəfər Günü ilə bağlı Gundelik.az-a açıqlamasında deyib.
O, bildirb ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev bəyan etdiyi kimi biz qalib xalqıq və bu qələbəni qorumaq hər birimizin borcudur: "Dünyada Qalib xalq kimi yaşamaq əlbəttdə hər bir xalqa nəsib olmur. Biz bu qələbəni milli kimliyimizin bir parçasına çevirməliyik.
Fəxrlə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə formalaşan müasir və qürurlu azərbaycanlı modeli milli dövlətçiliyin güclənməsi, beynəlxalq mövqelərin möhkəmlənməsi və cəmiyyətin intellektual potensialının artması ilə paralel inkişaf etmişdir. Bu model tarixi yaddaşla müasir inkişaf arasında tarazlıq yaradan, milli qüruru məsuliyyətlə uzlaşdıran və gələcək nəsillərə davamlı dövlətçilik düşüncəsi ötürən konseptual vətəndaş tipini ifadə edir".