Sadiq Qurbanov: “Dünyada Azərbaycanın rolu sürətlə artmaqdadır”

Sadiq Qurbanov: “Dünyada Azərbaycanın rolu sürətlə artmaqdadır”

Dünyada Azərbaycanın rolu sürətlə artmaqdadır.

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatla, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı barədə Gundelik.az-a açıqlamasında deyib.

O, bildirb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər Azərbaycanın yeni dünya düzənində önəmli yer tutduğunu sübut edir: "Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəmizin əldə etdiyi naliyyətlərinin xalqımızın öz zəhməti hesabına olduğunu vurğulayır. Dövlət başçısı İlham Əliyev deyir: “Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan, geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru yol keçmişik. Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərsiniz. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Eyni zamanda, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırmışdır. Diqqətinizə sadəcə bir neçə faktı çatdırmaq istərdim".

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın beynəlxalq təmasları onu göstərir ki, ölkə həqiqətən də özünü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilib: "Bizim artıq iki super güclə strateji tərəfdaşlıq münasibətlərimiz var. 2025-ci ildə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Çinlə bəyannamə aprel ayında imzalanmışdır, eyni zamanda, 2025-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Beləliklə Azərbaycanın iki super güclə strateji tərəfdaşlıq formatı var. Avropa İttifaqının 10 üzv dövləti ilə bizim strateji tərəfdaşlıq bəyannaməmiz və ya sazişimiz var.

Bəli, bütün bu uğurların memarı Azərbaycan Respublİkasının Prezidneti başda olmaqla Azərbaycan xalqıdır".

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.