Sadiq Qurbanov: “Şuşa şəhərinin azad olunması qələbəmizin rəmzidir!”

Sadiq Qurbanov: “Şuşa şəhərinin azad olunması qələbəmizin rəmzidir!”

Şuşa şəhərinin azad olunması qələbəmizin rəmzidir!

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatla, energetika və ekologiya komotəsinin sədri Sadiq Qurbanov Gundelik.az-a açıqlamasında deyib.

O, bildirb ki, Şuşa şəhərinin azad olunması Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin bu sözləri ilə tarxə həkk olunub:

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!"

Komitə sədri vurğulayıb ki, Azərbaycanın işğaldan azad olunmuş şəhərləri içərisində Şuşa müstəsna əhəmiyyət daşıyır: "Prezident müharibə dövründə xarici jurnalistlərin Şuşa ilə bağlı sualına birmənalı cavab vermişdir.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

Şuşa Azərbaycanın tarixi bir şəhəri olmaqla artıq islam və türk mədəniyyəti ilə bağlı beynəlxalq Forumlara ev sahibliyi edir".

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.