Azərbaycan banklarının bir-birinə etibarı azalıb?

Azərbaycan banklarının bir-birinə etibarı azalıb?

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyir ki, hazırda banklarımız sərbəst vəsaitlərini bir-birinə yönəltməkdənsə tənzimləyici qurumda illik 5%-lə (faiz dəhlizinin aşağı həddi ilə) yerləşdirməyə üstünlük verirlər: "Məqsədimiz odur ki, banklar öz sərbəst vəsaitlərini bizdə yerləşdirməkdənsə, daha çox bir-birlərinə yönəltsinlər".

Çox maraqlıdır ki, baş bankir iyulun 31-də keçirdiyi mətbuat konfrasında banklararası pul bazarında aktivliyin xeyli artdığını, rekord sayda və məbləğdə əqd bağlanıldığını bildirmişdi. O vaxtdan cəmi 3 ay keçib və belə çıxır ki, bu müddətdə Azərbaycan banklarının bir-birinə etibarı azalıb, onlar daha bir-birinə borc vermək istəmirlər. Ya da AMB ödədiyi faizi bir az da azaltmalıdır ki, banklar ona borc verməkdə maraqlı olmasınlar.

Maliyyəçi ekspert Namiq Hüseynov

Gundelik.az


Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.