Sadiq Qurbanov: “Bayrağımız bizim qürurumuzdur!”

Sadiq Qurbanov: “Bayrağımız bizim qürurumuzdur!”

Bayrağımız bizim qürurumuzdur!

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatla, energetika və ekologiya komotəsinin sədri Sadiq Qurbanov 9 noyabr Bayraq Günü ilə bağlı Gundelik.az-a açıqlamasında deyib.

O, Ümummili Lider Heydər Əliyevin bayraq haqqında söylədiyi tarixi fikirləri böyük qürur hissi ilə xatırladıb: "Dahi siayəstçi deyir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin".

Komitə sədri vurğulayıb ki, Azərbaycanın üç rəngli müqəddəs bayrağının dövlət bayrağı kimi qəbul edilməsinin tarixinə nəzər salsaq, bu möhtəşəm hadisə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Böyük dövlət adamı Heydər Əliyev bu hadisə barədə özü belə söyləyir: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq".

S. Qurbanov qeyd edib ki, Azərbaycanın üç rəngli bayrağı indi dövlətimizin bütün süveren ərazisində qürurla dalğalanır: "Bu bayrağı hər bir işğaldan azad olunmuş ərazilərdə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev şəxsən özü qaldırmışdır".

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.