150 manatlıq şirkət bağlanır
Azərbaycanda fəaliyyət göstərən “ATOM” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunur.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
Məlumata əsasən, şirkət 12 aprel 2022-ci ildə vergi uçotuna alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, mənzil 1-dir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Cəmiyyətin nizamnamə kapitalı 150 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Fidan Rzayeva Cabir qızıdır.
Kreditorlar iki ay ərzində tələblərini qeyd olunan hüquqi ünvana təqdim edə bilərlər.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.