Dünyanın sonuna sayılı günlər qaldı? - 13 noyabr 2026-cı ildə nə baş verəcək?
1960-cı ildə alimlər dünyanın sonunun nə vaxt baş verə biləcəyini proqnozlaşdırmaq üçün riyazi model hazırlayıblar. Onların hesablamalarına görə, bu hadisə 2026-cı il noyabrın 13-də, cümə günü baş verməli idi.
Gundelik.az xəbər verir ki, tədqiqat "Science" jurnalında dərc olunub.
Alimlər modelin hazırlanması zamanı son iki min il ərzində Yer kürəsinin əhalisinin artım göstəricilərini əsas götürüblər.
Əgər əhali artımı heç bir dəyişiklik olmadan davam etsəydi, bəşəriyyətin sayı məhz cari ilin noyabrın 13-də riyazi baxımdan sonsuzluğa yaxınlaşmalı idi. Alimlər hesab edirdilər ki, gələcək nəsillər aclıqdan deyil, həddindən artıq əhali sıxlığının yaratdığı təzyiq nəticəsində məhv olacaqlar.
Bir müddət alimlərin proqnozları reallıqla üst-üstə düşürdü. Lakin 1990-cı illərin əvvəllərindən etibarən demoqrafik göstəricilər azalmağa başladı. Hazırda dünyada doğum səviyyəsi 1960-cı illə müqayisədə demək olar ki, iki dəfə aşağı düşüb.
Qeyd edək ki, daha əvvəl Cənubi Afrikada uğursuz qiyamət günü proqnozları ilə tanınan pastor Coşua Mlakela bəşəriyyətin “göyə yüksələcəyi” yeni tarixi açıqlamışdı. O, bu hadisənin 2026-cı il oktyabrın 12-13-də baş verəcəyini iddia etmişdi.
Pastorun sözlərinə görə, o, Allahın və İsa Məsihin ona göründüyü görüntülərdən sonra yeni tarix barədə məlumat əldə edib.
Qeyd: Məqalədəki 13 noyabr 2026-cı il tarixi riyazi modelin şərti proqnozudur. Bu, dünyanın həmin gün sona çatacağına dair elmi təsdiqlənmiş xəbərdarlıq deyil.
Nuri
Gundelik.az