Bəşəriyyət üçün ən böyük təhlükələr açıqlandı: Nüvə silahı və süni intellekt ön sırada!

Bəşəriyyət üçün ən böyük təhlükələr açıqlandı: Nüvə silahı və süni intellekt ön sırada!

Nüvə silahları və süni intellektin (Sİ) cinayət məqsədləri üçün istifadəsi bəşəriyyət üçün əsas təhlükələr siyahısına başçılıq edir.

Gundelik.az xəbər verir ki, bu barədə "Lancet" jurnalı məlumat yayıb.

Araşdırmaya görə, Yer kürəsinin əhalisini 300-dən çox müxtəlif təhlükə gözləyir. Tədqiqatın müəllifləri bu təhlükələri dörd kateqoriyaya bölüblər. İlk iki kateqoriyaya daxil olan risklər bəşəriyyətin məhvinə səbəb ola bilər.

Birinci kateqoriyaya nüvə münaqişəsi və nüvə qışı nəticəsində kütləvi aclıq, eləcə də süni intellektdən bioloji silahların hazırlanmasında istifadə edilməsi daxildir.

İkinci kateqoriyaya isə 2100-cü ilə qədər bir milyard ildən çox sağlam həyatın itirilməsinə səbəb ola biləcək təhlükələr daxil edilib.

Bunlar aşağıdakılardır:

- Havanın çirklənməsi

- Antimikrob preparatlara qarşı davamlılıq

- Uşaqların qeyri-kafi qidalanması

- İqlim dəyişikliyi

- Səhiyyənin inkişafı üçün beynəlxalq yardımın dayandırılması

- Adi silahlı münaqişələr

- Alkoqolizm

- Yüksək arterial təzyiq

- Gəlir bərabərsizliyi

- Təhsilin aşağı səviyyəsi

- Pandemiyalar

- Piylənmə

- Psixi sağlamlıq problemləri

- Siqaret çəkmək

- Sağlam olmayan qocalma

Daha əvvəl Piroqov Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Lukyanov insan ömrünün mümkün maksimum həddini açıqlamışdı. Onun sözlərinə görə, insan 120–125 yaşına qədər yaşaya bilər.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.