Gələn il inflyasiya bu qədər olacaq
İllik inflyasiyanın hədəf daxilində olacağı gözlənilir. Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflasiya 2027-ci ildə 5,9% səviyyəsində qərarlaşacaq.
Gundelik.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müakirəsi zaman deyib.
T.Kazımov ümumilikdə, 2027-ci il və orta müddətli dövr üçün təqdim edilən makrofiskal çərçivəni müsbət qiymətləndirdiklərini diqqətə çatdırıb. O qeyd edib ki, dövlət xərclərinin konservativ artımı və optimallaşdırılması, neft transferlərinin mərhələli azaldılması, büdcəyə gəlirlərindən qeyri-neft mənbələrinin payının artırılması, habelə büdcə kəsirin və dövlət borcunun idarə olunan səviyyədə saxlanılması, fiskal dayanıqlığın gücləndirilməsinə xidmət edir: “Büdcə xərclərinin effektivliyinin artırılması fiskal multiplikatordunun yaxşılaşdırılmasına xidmət edəcəyinə inanırıq.
Neftin dünya bazarında qiymətin müvəqqəti yüksəlməsinə baxmayaraq, 2027-ci il üçün neft qiymətinin konservativ götürülməsini müsbət qiymətləndiririk. Hasilatın azalması və enerji bazarlarında uzunmüddətli qeyri-müəyyənliklər şəraitində neft gəlirlərindən asılılığın azaldılması mühüm əhəmiyyət daşıyır.
2027-ci ildə də büdcə kəsirin əsasən daxili və xarici borclanma hesabına maliyyələşdirəcəyi gözlənilir. Bunu nəzərə alaraq fiskal siyasətinin inflasiyaya əhəmiyyətli təsiri etməyəcəyi gözlənilir”.