6 yaşlı uşağa lotereyadan 5 milyonluq avtomobil çıxdı: Ailənin arzusu gerçəkləşdi!

6 yaşlı uşağa lotereyadan 5 milyonluq avtomobil çıxdı: Ailənin arzusu gerçəkləşdi!

Hindistanın Madhya-Pradeş ştatında 6 yaşlı Medanş Raykvar lotereyada təxminən 5 milyon rupi (89 706 AZN) dəyərində Toyota Fortuner markalı yolsuzluq avtomobili qazanıb.

Gundelik.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Şanslı lotereya biletini uşağın nənəsi Kiran Raykvar alıb. O, kuponu təxminən bir il əvvəl hindu festivalı Navaratri zamanı əldə edib və biletə nəvəsinin adını yazıb. Biletin qiyməti 200 rupi (3.59 qəpik) olub.

Medanşın qələbəsi qonşular arasında böyük sevincə səbəb olub. Onlar uşağı nağara səsləri ilə qarşılayıblar. Ailə isə tanrılara təşəkkür etmək üçün dini ayinlər keçirib.

Qohumlar etiraf ediblər ki, son iki ildə öz avtomobillərinin olmasını arzulayıblar. Lotereya uduşu sayəsində bu arzu gerçəkləşib.

Qeyd edək ki, daha əvvəl ABŞ-də yaşayan bir kişinin atası üçün aldığı iki lotereya bileti ona böyük sərvət qazandırmışdı. Həmin biletlərin hər biri kişiyə 50 min dollar qazandırıb.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.