Bakının bu rayonlarının milyonlarla manat borcu var - SİYAHI
Paytaxtın əksər rayonları üzrə Mənzil Kommunal Təsərrüfatı Birliklərinin (MKTB) külli miqdarda vergi borcu yaranıb.
Gundelik.az "Yurd.Media"ya istinadla xəbər verir, paytaxt üzrə MKTB-lərin dövlət qarşısında yığılmış vergi borclarının miqdarı aşağıdakı kimidir:
Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 6 612 286 manat,
Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 4 282 315 manat.
Nərimanov rayon Mənzil Kommunal Təsərrufat Birliyi – 3 843 530 manat,
Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 3 422 053 manat,
Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 3 246 016 manat,
Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 2 657 115 manat,
Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 135 245 manat,
Qeyd edək ki, Nizami və Xəzər rayon Mənzil-Kommunal təsərrüfat Birliklərinin vergi borcu yoxdur. Yasamal, Sabunçu və Pirallahı rayon Mənzil-Kommunal təsərrüfat Birliklərinin isə vergi borcunun olub-olmaması ilə bağlı heç bir məlumat öyrənmək mümkün olmayıb.