Oktyabr 20, 2026
Baku

Xəbərlər

Elm və təhsil Xəbərlər

Qusarda yeni modul tipli məktəblər quraşdırılacaq

Qusar rayonunun Həzrə və Qaratoba kəndlərində modul tipli məktəb binalarının quraşdırılması işləri aparılacaq. Bu barədə Gundelik.az Elm və Təhsil Nazirliyindən məlumat əldə edib. Belə ki, nazirlik bununla əlaqədar müvafiq hazırlıqlara başlayıb. Sözügedən məktəb binalarının quraşdırılmasına 1,5 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Read More
Dünya Xəbərlər

Vəhşi qabanın qurbanı hesab edilən qadının əslində qətlə yetirildiyi məlum oldu

Almaniyada əvvəlcə vəhşi qabanın hücumuna məruz qaldığı düşünülən qadının məhkəmə-tibbi ekspertizasından sonra qətl qurbanı olduğu üzə çıxıb. Gundelik.az xəbər verir ki, bu barədə “Need to Know” nəşri məlumat yayıb. 40 yaşlı Dina Gertnerin meyiti oktyabrın 7-də səhər saat 08:30 radələrində Almaniyanın Saksoniya-Anhalt federal torpağında, Braunşbedra kommunasında yerləşən Runştedt gölünün yaxınlığındakı asfalt örtüklü velosiped yolunda aşkarlanıb.

Read More
Dünya Mədəniyyət və cəmiyyət Xəbərlər

BMT Qəzza sakinlərinə ərzaq yardımını dayandıracaq

Böhran və münaqişələrdən əziyyət çəkən insanlara ərzaq yardımı göstərən BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Qəzza zolağındakı əməliyyatlarını təxminən üçdə bir dəfə azaldacaq. Gundelik.az dünya mediyasına istinadən xəbər verir ki, təxminən 500 min insan bu cür yardımdan məhrum olacaq. 2025-ci ilin oktyabr ayında İsrail ilə HƏMAS arasında atəşkəsdən sonra Ümumdünya Ərzaq Proqramı Qəzza zolağında

Read More
Siyasət Xəbərlər

Bir qrup energetik təltif edilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Gundelik.az xəbər verir ki, Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilirlər: 2-ci dərəcəli “Əmək” ordeni ilə Quliyev Ziyəddin Misir oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə Hüseynov Mircəlal Miryunis oğlu Mirzəliyev İlham Ata oğlu Yusifov Ramil Əli oğlu “Tərəqqi” medalı ilə

Read More
Ölkə Xəbərlər

Torpaq və mənzillər bahalaşır: İlin sonuna qədər qiymətlər nə qədər qalxacaq?

“Oktyabr ayında Bakıda daşınmaz əmlak bazarında qiymət artımı qeydə alınıb. Xüsusilə torpaq sahələri və yeni tikililərdə bahalaşma daha qabarıq müşahidə olunur. Mövcud tendensiyanın ilin sonuna qədər davam edəcəyi gözlənilir”. Gundelik.az Baku.ws-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, oktyabr ayının nəticələrinə əsasən, yeni tikili mənzillərin qiymətləri

Read More
Mədəniyyət və cəmiyyət Xəbərlər

Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək

Astara rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillər tikiləcək. Gundelik.az xəbər verir ki, bununla bağlı müvafiq prosedur yekunlaşıb. Belə ki, layihə çərçivəsində rayonda 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı mənzil satın alınacaq. Bağlanmış müqavilənin və ümumi layihənin dəyəri 3 milyon 428 min 932 manatdır. Qeyd edək ki, Azərbaycanda şəhid ailələrinə və müharibə

Read More
Ölkə Xəbərlər

Kənddə 25, bazarda 50 qəpiyə – Yumurta niyə bahalaşır?

Azərbaycanda son günlər kənd yumurtasının qiymətində artım müşahidə olunur. Gundelik.az xəbər verir ki, kəndlərdə birbaşa istehsalçılardan 25-28 qəpiyə alınan yumurtanın bir ədədinin qiyməti bazarlarda 40-50 qəpiyə satılır. Mütəxəssislər bunun səbəbini belə izah edirlər ki, kəndlərdə yumurta istehsalı azalıb, bazarlarda isə yaranmış fürsətdən istifadə edilərək qiymətlər süni şəkildə yüksəldilir.

Read More
Dünya Hadisə Xəbərlər

Deputat avtomobillə qəsdən vuruldu

Avstraliyada müstəqil deputat Helen Heyns Melburndan şimal-şərqdə, Vanqaratta şəhərindəki ofisinin yaxınlığında avtomobil sürücüsünün onu qəsdən vurması nəticəsində yaralanıb. Gundelik.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Viktoriya ştatının polisi və Avstraliyanın Baş naziri Entoni Albaneze məlumat verib. Polisin məlumatına görə, hadisədən sonra 43 yaşlı şübhəli şəxs saxlanılıb. Baş vermiş hadisənin təfərrüatları araşdırılır. Mətbuat konfransında

Read More
Ölkə Xəbərlər

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə

Read More
Ölkə Xəbərlər

Azərbaycanda keçmiş komitə sədrinin hoteli müsadirə edildi

Bakı şəhərində yerləşən “Greenpark” hotel hərraca çıxarılıb. Gundelik.az Ölkə.az-a istinadən xəbər verir ki, obyektin ilkin bazar qiyməti 6 mln 543 min 400 manat, minimum satış qiyməti isə 5 mln 561 min 890 manatdır. 6 mərtəbəli, 50 otaqlı hotel Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşir. Qeyd edək ki, “Greenpark” hotel vaxtilə “İrşad” hotel kimi

Read More