Kosmetoloq Sabina Qadirova: “Dermapen proseduru böyük məsamələrin və akne çapıqlarının görünüşünü azaltmağa kömək edir”
Dəriyə qulluqda əsas məqsəd yalnız onun zahiri görünüşünü yaxşılaşdırmaq deyil, eyni zamanda sağlamlığını qorumaq və təbii bərpa proseslərini dəstəkləməkdir. Xüsusilə genişlənmiş məsamələr, aknedən sonra qalan çapıqlar və qeyri-bərabər dəri teksturası bir çox insanın qarşılaşdığı estetik problemlərdəndir. Bu problemlərin aradan qaldırılması üçün müxtəlif prosedurlara müraciət olunur. Son illərdə maraq doğuran üsullardan biri də Dermapen cihazı ilə
