12 Sentyabr – Respublika Uşaq Kitabxanasına ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərlinin adının verildiyi gün, (1967)
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına kütləvi kitabxana fondunun bazası əsasında yaradılmışdır. 12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 25 saylı (§22) sərəncamına əsasən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq
