Talassemiya xəstələri üçün qan donorluğu niyə həyati əhəmiyyət daşıyır? – Bir donorun dəstəyi bir insanın həyatına ümid ola bilər – Gülgün Gündüzdən AÇIQLAMA
Talassemiya ilə yaşayan insanlar üçün qan donorluğu sadəcə xeyirxahlıq nümunəsi deyil, müalicənin davamlılığını təmin edən mühüm amillərdən biridir. Xəstəliyin ağır formalarından əziyyət çəkən pasiyentlərin bir qismi müntəzəm qan köçürülməsinə ehtiyac duyur. Bu səbəbdən könüllü donorların davamlı dəstəyi onların sağlamlığının qorunması, gündəlik həyat keyfiyyətinin yaxşılaşdırılması və müalicənin fasiləsiz aparılması baxımından böyük əhəmiyyət daşıyır. Talassemiya irsi qan
