Sentyabr 14, 2026
Baku

Tarixdə bu gün

Tarixdə bu gün Xəbərlər

19 Avqust – Xəlilov Eldar Xəlil oğlunun 50 illiyi, (19.08.1976-17.03.1995)

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Eldar Xəlilov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. Xəlilov Eldar Xəlil oğlu 19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar

Read More
Tarixdə bu gün

19 Avqust – Aktyor, rejissor İsmayıl Hidayətzadənin 125 illiyi, (1901-1951)

“Məncə, aktyor səhnədə beşmi, onmu, bilmirəm, neçə il yanmalı və oradaca külə dönüb öz sənətkar ömrünü yaşamalıdır”. İ. Hidayətzadə İsmayıl Hüseyn oğlu Hidayətzadə (19 avqust 1901, Bakı-11 noyabr 1951, Bakı) – Azərbaycan aktyoru. Azərbaycan SSR Xalq Artisti (1938), “Şərəf Nişanı” və “Qırmızı Əmək Bayrağı” Ordeni ilə təltif edilmişdir. İsmayıl Hidayətzadə 1901-ci ildə Bakıda dənizçi ailəsində

Read More
Ədəbiyyat Tarixdə bu gün

19 Avqust – Şair, dramaturq Camal Yusifzadənin 85 illiyi, (1941-2017)

“Camal Yusifzadənin şeirləri mənə sadəliyi, sözlərin təbii duyumu ilə Sabirin “Gəl, gəl, a yaz günləri”, “Dərsə gedən bir uşaq” şeirini xatırlatdı. Belə şeirlər çox olsun. Bu şeir nəğmə adlanır. Bu, doğrudan da, nəğmədir. İndi bir Fikrət, bir Cahangir, bir Seyid lazımdır ki, onu musiqi dilində səsləndirsin. Mənim fikrimcə, Camal uşaqlar üçün yaxşı şeirlər yaza bilər.”

Read More
Ədəbiyyat Mədəniyyət və cəmiyyət Tarixdə bu gün Xəbərlər

Dünya gəncləri – bəşəriyyətin bu günü, gələcəyin memarları

Tarixin bütün dövrlərində gənclik cəmiyyətin yenilənən gücü, inkişafın aparıcı qüvvəsi və gələcəyə aparan ən etibarlı körpü hesab edilmişdir. Bütün böyük dəyişikliklərin, elmi kəşflərin, ictimai islahatların və mədəni yüksəlişlərin mərkəzində məhz gənclər dayanmışdır. Hər bir xalqın tərəqqisi onun gənc nəslinin təhsili, dünyagörüşü, vətənpərvərliyi və mənəvi dəyərlərə bağlılığı ilə ölçülür. Məhz buna görə də dünyanın inkişaf etmiş

Read More
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

12 Avqust – Xalq şairi Qabilin anadan olmasının 100 illiyi, (1926-2007)

“Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o çox böyük iş idi və Qabil bu işi gördü. Bu həqiqətən, dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi”. Ulu öndər Heydər

Read More
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

12 Avqust – Yazıçı Ələviyyə Babayevanın anadan olmasının 105 illiyi, (1921-2014)

“Məndən soruşsalar ki, Elmi bədii ədəbiiyat əsəri necə olur? Mən deyərdim ki, Ələviyyə Babayevanın əsərlərini oxuyun.” Əkrəm Cəfər Babayeva Ələviyyə Hənifə qızı — nasir, tərcüməçi, ssenari müəllifi; 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979). Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində

Read More
Tarixdə bu gün Xəbərlər

12 Avqust – Beynəlxalq Gənclər Günü, (1999)

1998-ci il avqustun 12-də Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilmiş beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeydolunması qərara alınıb. Bu gün BMT-nin qərarı ilə gənclərə lazımı diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə 1999-cu ildə müəyyən edilib və 2000-ci ildən qeyd

Read More
Tarixdə bu gün Xəbərlər

8 Avqust – Beynəlxalq Alpinizm Günü (Alpinist günü), (1786)

Avqustun 8-də dünyada Beynəlxalq Alpinizm Günü və ya Alpinist Günü qeyd olunur. Bu bayram sərhəd tanımır, əsl kişiləri və ruhən möhkəm qadınları birləşdirir. Bu bayramın meydana çıxmasında iki cəsur isveçrəli – həkim Mişel-Qabriel Pakkarda və dağ bələdçisi Jak Balmaya borcluyuq. Onlar 1786-cı il avqustun 8-də bütün alpinistlər arasında ilk olaraq Alp dağlarının ən yüksək zirvəsini

Read More
Tarixdə bu gün Xəbərlər

5 Avqust – Beynəlxalq İşıqfor Günü, (1914)

Beynəlxalq İşıqfor Günü 1914-cü il avqustun 5-də baş vermiş bir hadisə ilə əlaqədar qeyd olunur. Belə ki, həmin gün ABŞ-in Klivlend şəhərində müasir işıqfor qurğularının ilk əcdadı meydana gəlmişdir. O, qırmızı və yaşıl fənərlərə malik idi və işıqlar dəyişən zaman səs siqnalı işə düşürdü. Əslində, ilk işıqforu hələ XIX əsrdə britaniyalı Cey Nayt icad etmişdir.

Read More
Tarixdə bu gün Xəbərlər

5 Avqust – Hərbi Donanma Günü, (1996)

Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil veriblər. Bu gəmilərinəsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil olunub. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu. 1919-cu ilin sonlarında general

Read More