Sentyabr 14, 2026
Baku
Dünya Xəbərlər

Fransada 15 yaşdan kiçik uşaqların sosial media istifadəsi ilə bağlı yeni qayda hazırlanıb

Fransa Prezidenti Emmanuel Makron 15 yaşdan kiçik uşaqların sosial media istifadəsini tənzimləyən yeni qanun layihəsinin hazır olduğunu açıqlayıb.

Makron bildirib ki, yeni layihə Avropa İttifaqının normalarına uyğun və hüquqi baxımdan əsaslandırılmış şəkildə hazırlanıb. Hökumət layihəni Avropa İttifaqı Komissiyasına da təqdim edib.

Prezident uşaqların internetdə qorunmasının prioritet olduğunu vurğulayıb və bu qaydaların bütün Avropada tətbiq edilməsinin vacibliyini qeyd edib.

Əvvəlki tənzimləmə ləğv edilmişdi

Fransada 15 yaşdan kiçik uşaqların sosial mediaya girişini məhdudlaşdıran qanun layihəsi parlamentin hər iki palatasında qəbul edilmişdi. Lakin Konstitusiya Şurası avqustun 14-də layihəni ifadə azadlığına “mütənasib olmayan müdaxilə” hesab edərək ləğv etmişdi.

Şura uşaqların maraqlarının qorunmasının konstitusion tələb olduğunu qəbul etsə də, əvvəlki tənzimləmənin onlayn mühitin uşaqların sağlamlığı və təhlükəsizliyi üçün yaratdığı riskləri müəyyənləşdirmək baxımından yetərli olmadığını bildirmişdi.

Qərardan sonra Makron hökumətə Avropa normalarına uyğun yeni qanun layihəsi hazırlamaq tapşırığı vermişdi.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az