Avqust 22, 2026
Baku
Tarixdə bu gün Xəbərlər

19 Avqust – Xəlilov Eldar Xəlil oğlunun 50 illiyi, (19.08.1976-17.03.1995)

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına
layiq görülmüşdür.

Eldar Xəlilov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
Xəlilov Eldar Xəlil oğlu 19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdur. 1983-cü ildə məktəbə getmiş, 1988-ci
ildə burada yaşayan soydaşlarımız erməni millətçilərinin təcavüzünə məruz qalanda o da ailəsi ilə birlikdə Bakıya gəlir və Bakıda məskunlaşır. Təhsilini 96 və 252 saylı
məktəblərdə davam etdirir. 29 sentyabr 1994-cü ildə hərbi xidmətə çağırılır. 1995-ci il 13-17 mart silahlı dəstə dövlətimizə xəyanət edərkən Eldar dəstənin zərərsizləşdirilməsi zamanı həlak oldu, onun arzularla dolu gənc ömrü qırıldı… Subay idi. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !

Nəriman Həsənzadə

Gundelik.az