Sentyabr 8, 2026
Baku
Tarixdə bu gün Xəbərlər

8 Sentyabr – Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü, (1958)

“Azərbaycan Prezidenti kimi mən mətbuat azadlığının təminatçısıyam. Hesab edirəm ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı tam təmin olunubdur”.
Ümummilli lider Heydər Əliyev

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ilin mayından qeyd edilir. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV konqresində bununla bağlı qərara gəlinib. Dünya mediası üçün əlamətdar sayılan bu gün 1943-cü ilin sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çex jurnalisti Yulius Fuçiki xatirəsinə təsis olunub.
Bu gün Azərbaycan dövləti siyasi mövqeyindən asılı olmayaraq, bütün Kütləvi İnformasiya Vasitələrinin (KİV-in) inkişafında maraqlıdır. Bunun üçün ölkədə KİV-ə dəstək konsepsiyası hazırlanıb və KİVDF (Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) yaradılıb. KİVDF jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir. Bu qurumun layihələrində iştirak edən qəzetlərin maddi- texniki bazası yaxşılaşıb, avadanlıqlar yeniləri ilə əvəz edilib.

Gundelik,az