Qusar rayonunun Həzrə və Qaratoba kəndlərində modul tipli məktəb binalarının quraşdırılması işləri aparılacaq.
Bu barədə Gundelik.az Elm və Təhsil Nazirliyindən məlumat əldə edib.
Belə ki, nazirlik bununla əlaqədar müvafiq hazırlıqlara başlayıb.
Sözügedən məktəb binalarının quraşdırılmasına 1,5 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
