İyul 8, 2026
Baku

Xəbərlər

Siyasət Xəbərlər

ABŞ Azərbaycanı Mayamidəki G20 sammitinə dəvət etdi

Azərbaycan 2026-cı il dekabrın 14–15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunmuş ölkələr sırasındadır. Bu barədə Gundelik.az G20 ABŞ sədrliyinin rəsmi saytına istinadən xəbər verir. Sammitə dəvət edilmiş ölkələrin siyahısına həmçinin Qazaxıstan, Özbəkistan, Finlandiya, İrlandiya, Niderland, Norveç, Qətər, Sinqapur, İspaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxildir. Xatırladaq ki, 2025-ci ildə G20 sammiti Yohannesburqda (CAR) keçirilib.

Read More
Ölkə Xəbərlər

Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir?

Rüfət Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib. Gundelik.az xəbər verir ki, Rüfət Hacıəlibəyov 2022-ci ilin iyul ayından son təyinatadək Azərbaycanın səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. Bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib, səhiyyə sisteminin rəqəmsal transformasiyası prosesinin əlaqələndirilməsini təmin edib. Səhiyyə nazirinin müavini

Read More
Mədəniyyət və cəmiyyət Xəbərlər

Niyə insanlar biblioterapiyaya üz tutur?

Kitab oxumağın insan ruhuna müsbət təsiri uzun illərdir məlumdur. Son dövrlərdə isə biblioterapiya – yəni kitabların psixoloji dəstək vasitəsi kimi istifadəsi – dünyanın bir çox ölkəsində sürətlə populyarlaşıb. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş kitab insanın emosiyalarını anlamağa, çətin həyat mərhələlərini daha rahat keçməyə və ümumi psixoloji rifahını yaxşılaşdırmağa kömək edir. Lakin bunun təsiri həm kitabdan,

Read More
Dünya Hadisə Xəbərlər

Pakistanda polis postuna hücum: ölənlər var

Bəlucistan əyalətinin Ziarat rayonunda (Pakistan) polis postuna hücum nəticəsində ikisi zabit olmaqla azı 9 polis həlak olub. Gundelik.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Pakistan mediası məlumat yayıb. Ziarat dairəsinin komissar müavini Əbdül Qüdus Açakzay bunu terror aktı adlandırıb və bildirib ki, beş polisin yeri məlum deyil. Əraziyə əlavə qüvvələr cəlb olunub.

Read More
Mədəniyyət və cəmiyyət Xəbərlər

“Yeni başlanğıc” effekti yaxşı vərdişlərə sadiq qalmağa necə kömək edir?

Yeni il, ad günü, hətta bazar ertəsi səhəri belə insanlar üçün yeni səhifə açılmış kimi hiss yaradır. Psixoloqlar bunu “yeni başlanğıc effekti” adlandırırlar. Araşdırmalar göstərir ki, bu cür simvolik tarixlər insanları davranışlarını dəyişməyə və məqsədlərinə doğru addım atmağa daha çox həvəsləndirir. İlin əvvəlində qoyulan hədəflər çox vaxt gündəlik həyatın qayğıları səbəbindən arxa plana keçir. Lakin

Read More
Ölkə Xəbərlər

Səhiyyə nazirinə yeni müavin təyin edildi

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib. Gundelik.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2022-ci ilin iyul ayından Azərbaycan Respublikasının səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və həyata

Read More
Ölkə Xəbərlər

Bakı–Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olundu

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub və uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir. Bu barədə Gundelik.az-a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.

Read More
Ölkə Xəbərlər

Bəzi rayonlara leysan yağır – FAKTİKİ HAVA

Azərbaycanın əksər yerlərində arabir şimşək çaxır, yağış yağır, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 7-si saat 9:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Balakəndə 111 (aylıq normanın 144 %-i), Qaxda (Sarıbaş) 29, Şəkidə (Kişçay) 16, Zaqatala, Xaltanda 9,

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,78 ABŞ dolları və ya 1,07 % artaraq 73,71 ABŞ dolları təşkil edib. Bu barədə Gundelik.az-a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,88 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,67 ABŞ dolları və ya 0,95 % artaraq 71,15 ABŞ dolları

Read More
Dünya Siyasət Xəbərlər

Müqavimət və qisas: Xamenei ilə vida mərasimi vasitəsilə İran hansı mesajı vermək istəyirdi?

Tehranda öldürülmüş ali rəhbər üçün elan edilən üç günlük ümumxalq matəmi hakimiyyətin dünyaya göstərmək istədiyi möhtəşəm siyasi nümayişlə başa çatdı. Ayətullah Əli Xameneinin və ailəsinin daha dörd üzvünün tabutlarını daşıyan nəhəng dəfn korteji 10 kilometrlik marşrut boyunca hərəkət etdi. Milyonlarla insanın qatıldığı yürüş izdiham səbəbindən tez-tez dayanır, irəliləməsi ləngiyirdi. Bu, son illərin ən böyük kütləvi

Read More