Rusiya vətəndaşlarının 71 faizi Vladimir Putinin prezident kimi fəaliyyətini bəyənir.
Gundelik.az xəbər verir ki, bu, “İctimai Rəy Fondu”nun (FOM) saytında dərc olunan dövlət başçısının bəyənilmə reytinqində əksini tapıb.
Sorğuda iştirak edənlərin 14 faizi Putinin fəaliyyətinə mənfi yanaşdığını bildirib, 15 faizi isə qərar verə bilməyib.
Bundan əlavə, respondentlərin 70 faizi prezidentə etibar etdiyini qeyd edib. 18 faiz bunun əksini bildirib, 13 faiz isə suala cavab verə bilməyib.
FOM-un məlumatına görə, sorğu 9-11 oktyabr tarixlərində Rusiyanın 51 regionundakı 97 yaşayış məntəqəsində keçirilib. Sorğuda 18 yaşdan yuxarı 1500 nəfər iştirak edib. Məlumatların xəta payı 3,6 faizi aşmır.
Daha əvvəl rusların 80 faizi Putini dünyanın ən nüfuzlu liderlərindən biri kimi xarakterizə etmişdi. Həmçinin, hər on vətəndaşdan yeddisi hesab edir ki, onun prezidentliyi dövründə Rusiya daha da güclənib və özünə inamı artıb.
Nuri
Gundelik.az
