Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
Bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
