Oktyabr 7, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Atom elektrik stansiyasına HÜCUM EDİLDİ

Oktyabrın 5-nə keçən gecə hazırda Rusiya qüvvələrinin nəzarətində olan, lakin beynəlxalq səviyyədə Ukraynanın ərazisində yerləşən Zaporojye Atom Elektrik Stansiyasının (AES) 4-cü və 5-ci enerji bloklarının yaxınlığında yerləşən laboratoriya korpusuna və radioaktiv tullantıların emalı binasına zərbə endirilib.

Gundelik.az-ın məlumatına görə, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçov bildirib.

Onun sözlərinə görə, hər iki binanın dam örtüyü zədələnib, lakin nüvə təhlükəsizliyi üçün təhdid yoxdur.

Zaporojye AES-in məlumatına görə, stansiyada vəziyyət nəzarətdə saxlanılır, təhlükəsizlik göstəriciləri izlənilir və sənaye ərazisi ilə sanitariya-mühafizə zonasında radiasiya fonu normadadır.