Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Gundelik.az xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Paşinyan Putini ad günü münasibətilə təbrik edib.
“Ermənistanın Baş naziri Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib və ona ən xoş arzularını çatdırıb”, – məlumatda deyilir.
Tərəflər həmçinin ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu gün Vladimir Putinin 74 yaşı tamam olur.
