Oktyabr 7, 2026
Baku
Hadisə Xəbərlər

Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb

Bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.

Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.