Oktyabr 20, 2026
Baku
Ölkə Xəbərlər

ADSEA Naxçıvanda subartezian quyularının tikintisinə 4,2 milyon manat xərcləyəcək

Naxçıvan Muxtar Respublikasının əhalisi 80 min nəfərdən çox olan məntəqələrində subartezian quyularının tikintisinə başlanılır.

Bu barədə Gundelik.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib.

Belə ki, Agentliyin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla əlaqədar hazırlıları yekunlaşdırıb.

Məlumata əsasən, 38 yaşayış mətəqəsində 40 ədəd subartezian quyularının tikintisi nəzərdə tutulub.

Qurum bu quyuların tikintisi işlərini “Azərtranss” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Sözügedən işlərin icrasına 4 241 180 manat vəsait sərf olunacaq.