Oktyabr 19, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanda keçmiş komitə sədrinin hoteli müsadirə edildi

Bakı şəhərində yerləşən “Greenpark” hotel hərraca çıxarılıb.

Gundelik.az Ölkə.az-a istinadən xəbər verir ki, obyektin ilkin bazar qiyməti 6 mln 543 min 400 manat, minimum satış qiyməti isə 5 mln 561 min 890 manatdır.

6 mərtəbəli, 50 otaqlı hotel Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşir.

Qeyd edək ki, “Greenpark” hotel vaxtilə “İrşad” hotel kimi fəaliyyət göstərib. Mətbuatda sözügedən hotelin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev tərəfindən inşa edildiyi qeyd olunur.

Xatırladaq ki, 2001-ci il iyunun 21-dən 2006-cı il iyunun 26-dək Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Sözügedən hərracın əsas məqsədlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir.