Böhran və münaqişələrdən əziyyət çəkən insanlara ərzaq yardımı göstərən BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Qəzza zolağındakı əməliyyatlarını təxminən üçdə bir dəfə azaldacaq.
Gundelik.az dünya mediyasına istinadən xəbər verir ki, təxminən 500 min insan bu cür yardımdan məhrum olacaq.
2025-ci ilin oktyabr ayında İsrail ilə HƏMAS arasında atəşkəsdən sonra Ümumdünya Ərzaq Proqramı Qəzza zolağında təxminən 1,6 milyon insana aylıq yardım göstərərək onları ərzaq bağlamaları, un, çörək, isti yemək və nağd pul yardımı ilə təmin edir. Lakin 2026-cı ilin oktyabr ayından bəri ən həssas qruplar arasında olan yalnız 1,1 milyon insan yardım alır. Ərzaq rasionu iki dəfə azaldılıb və gündəlik verilən isti yeməklərin sayı 250 mindən 150 minə düşüb.
Məlumata görə, agentliyin işini davam etdirmək üçün əlavə vəsaitə ehtiyacı var. Agentliyin 2026-cı ilin oktyabrından 2027-ci ilin martına qədər, növbəti altı ay ərzində Qəzza zolağında və Qərb sahilində həyati əhəmiyyətli fəaliyyətlərini davam etdirməsi üçün təcili olaraq 450 milyon dollara ehtiyacı var.
Qəzza zolağında ərzaq təhlükəsizliyi vəziyyəti yardımın kəsilməsi fonunda olduqca kövrək olaraq qalır. Proqrama əsasən, anklav əhalisinin 67 faizini təşkil edən təxminən 1,4 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşir.
