Seks qalmaqalı karyerasını bitirdi: Almaniya millisinin keçmiş ulduzu indi dondurma satır
Məşhur futbolçu fahişə ilə bağlı qalmaqaldan sonra karyerasını başa vurub və spagetti formalı dondurma satışı ilə məşğul olmağa başlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
38 yaşlı Almaniya millisinin və “Verder” klubunun keçmiş hücumçusu Maks Kruze 2023-cü ildə futbolçu karyerasını başa vurub. Bundan sonra o, klub rənglərində spagetti formalı dondurma istehsal edən və stadionlarda satan Byce startapının ortaq sahibi olub.
Layihənin tərəfdaşları arasında artıq Dortmund “Borussiya”sı, “Volfsburq” və Şimali Reyn-Vestfaliya əyalətinin digər klubları da var. Kruze bu ideyanı Paderborn şəhərindən olan dostu ilə birlikdə hazırlayıb. Dostunun ailəsi artıq 30 ildir dondurma istehsalı ilə məşğuldur.
2014-cü ildə Maks Kruze qalmaqala səbəb olmuşdu. Almaniya millisinin İngiltərə ilə yoldaşlıq oyunundan əvvəl futbolçu oteldəki otağına eskort çağırmışdı. Hadisədən baş məşqçi Yoahim Lövün də xəbəri olmuşdu.
Nəticədə Kruze Almaniya millisinin Braziliyada keçirilən və almanların çempion olduğu dünya çempionatı üçün heyətinə daxil edilməmişdi.
Hazırda o, bir neçə biznes sahəsini inkişaf etdirir. Kruze “Max Kruse Racing” yarış komandasına sahibdir, “Flatterball” podkastını aparır və televiziya şoularında iştirak edir.
Daha əvvəl reqbiçinin rəqibinin cinsiyyət orqanından tutduğu və komandanı tərk etmək təhlükəsi ilə üzləşdiyi barədə məlumat yayılmışdı. Hadisə “United Rugby Championship” çempionatının “Lenster” və “Munster” komandaları arasında keçirilən oyunu zamanı baş vermişdi.
Nuri
Gundelik.az