Azərbaycan Ukrayna polisi ilə birgə əməliyyat keçirdi: Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Ukrayna polisinin birgə əməliyyatı nəticəsində Azərbaycan vətəndaşlarının bank kartlarından pul oğurlayan mütəşəkkil şəbəkənin Kiyevdə müxtəlif ünvanlarda fəaliyyət göstərən “Call center”ləri aşkarlanaraq onlarla kibercinayətkar ifşa olunub.
Gundelik.az-ın məlumatına görə, şəbəkə üzvləri özlərini hüquq-mühafizə, bank və maliyyə təşkilatlarının nümayəndələri kimi təqdim edərək vətəndaşların etibarından sui-istifadə edib, onların pul vəsaitlərini ələ keçiriblər.
Əməliyyatlarla cinayətkar qrupun üzvləri saxlanılaraq ölkəyə gətirilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
DİN-in qeyd edilən əməliyyatla bağlı yaxın saatlarda geniş məlumat yayacağı gözlənilir.//Qafqazinfo
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.