Milli Məclis 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bəyanat qəbul etdi

Milli Məclis 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bəyanat qəbul etdi

Milli Məclisin bugünkü plenar iclasında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edilib.

Gundelik.az xəbər verir ki, bəyanatda bildirilir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər tariximizin möhtəşəm hadisələrindən biridir. Şanlı Zəfərimizlə Azərbaycanın tarixində yeni mərhələ başlayıb.

Bəyanatda Zəfərimizdən sonra Qarabağda və Şərqi Zəngəzurda böyük tikinti, bərpa-quruculuq işləri aparıldığı diqqətə çatdırılıb.

Bəyanatın mətnini Milli Məclisin deputatı Hikmət Babaoğlu oxuyub.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.