Azərbaycanda bir sıra dövlət müəssisəsi ləğv edilir
Azərbaycanda səkkiz yol istismarı müəssisəsi ləğv olunduğunu elan edib.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, ləğv olunan müəssisələr “29 №-li Yol İstismarı” MMC, “2 №-li Yol İstismarı” MMC, “3 №-li Yol İstismarı” MMC, “30 №-li Yol İstismarı” MMC, “4 №-li Yol İstismarı” MMC, “5 №-li Yol İstismarı” MMC, “6 №-li Yol İstismarı” MMC və “32 №-li Yol İstismarı” MMC-dir.
Elanlara əsasən, kreditorlar tələblərini iki ay ərzində müvafiq müəssisələrin yerləşdiyi ünvanlara təqdim edə bilərlər. “29 №-li Yol İstismarı” MMC-nin kreditorları Naftalan şəhəri, H. Əliyev küçəsi, ev 23 ünvanına, “2 №-li Yol İstismarı” MMC-nin kreditorları Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, ev 153 ünvanına müraciət etməlidirlər.
“3 №-li Yol İstismarı” MMC-nin ünvanı Şabran şəhəri, Bakı-Quba avtomobil yolunun 124-cü kilometri, “30 №-li Yol İstismarı” MMC-nin ünvanı Samux şəhəri, “4 №-li Yol İstismarı” MMC-nin ünvanı isə Xaçmaz şəhəri, Müşkür küçəsidir.
“5 №-li Yol İstismarı” MMC-nin kreditorları Quba şəhəri, Q. İsmayılov küçəsi, ev 43, “6 №-li Yol İstismarı” MMC-nin kreditorları Qusar şəhəri, Şərifov küçəsi, ev 77, “32 №-li Yol İstismarı” MMC-nin kreditorları isə Gədəbəy şəhəri ünvanına müraciət edə bilərlər.