“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali həbs edildi
Novxanı qəsəbəsində yerləşən “milyonluq saray”ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.
Gundelik.az-ın məlumatına görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.
Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.//Qafqazinfo
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.