Kiçikdir, amma ağrısı böyükdür: Aftoz
Aftoz kiçik görünsə də, insanın həyat keyfiyyətinə ciddi təsir göstərir. Buna görə də xüsusilə tez-tez təkrarlanan və ya sağalmayan ağız yaralarını diqqətdən kənarda qoymaq olmaz. Ağrı verən bu kiçik yaralar bəzən orqanizmin bəzi xəstəliklər barədə verdiyi mühüm siqnallardan biri olur. Ağız daxilində əmələ gələn aftoz çox vaxt yemək yeməyi, su içməyi, hətta danışmağı belə çətinləşdirir.
