Tofiq Bəhramov adına Respublika Stadionunda təmir işləri aparılacaq.
Bu barədə Gundelik.az Gənclər və İdman Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, stadionda təmir işlərinin aparılması və avadanlıq sistemlərinin qurulması üzrə layihə-smeta sənədləri hazırlanacaq.
Nazirlik layihə-smeta sənədlərinin hazırlanmasına 386.626 min manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.//İqtisadiyyat.az
