Oktyabr 13, 2026
Baku
Hadisə Xəbərlər

Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı

Ucarda sərnişin avtobusu yanıb.

Gundelik.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “İkarus” markalı sərnişin avtobusu anidən alışaraq yanıb. Hadisə nəticəsində Bakı istiqamətində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb, yolda hərəkət bərpa olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.