Məktəblinin asudə vaxtını məhsuldarlığa çevirmək anlayışı və ya Məktəb direktorlarının səmərə qatdığı asudə vaxt
Müasir informasiya cəmiyyəti şəraitində şəxsiyyətin, xüsusən yeniyetmə və gənclərin asudə vaxt problemi getdikcə daha böyük əhəmiyyət kəsb edir. Asudə vaxt şəxsiyyətin intellektual və fiziki təmayül və qabiliyyətlərinin inkişafına, sosial tələbatının ödənilməsinə xidmət edir. Bu mənada asudə vaxt, hər şeydən əvvəl, mənəvi, ictimai sərvət meyarıdır. Tələbələrdən nə üçün asudə vaxtlarını keçirə bilmədiklərini soruşduqda onların cavabları belə
