İyul 8, 2026
Baku
Elm və təhsil Xəbərlər

Məktəblinin asudə vaxtını məhsuldarlığa çevirmək anlayışı və ya Məktəb direktorlarının səmərə qatdığı asudə vaxt

Müasir informasiya cəmiyyəti şəraitində şəxsiyyətin, xüsusən yeniyetmə və gənclərin asudə vaxt problemi getdikcə daha böyük əhəmiyyət kəsb edir. Asudə vaxt şəxsiyyətin intellektual və fiziki təmayül və qabiliyyətlərinin inkişafına, sosial tələbatının ödənilməsinə xidmət edir. Bu mənada asudə vaxt, hər şeydən əvvəl, mənəvi, ictimai  sərvət meyarıdır. Tələbələrdən nə üçün asudə vaxtlarını keçirə bilmədiklərini soruşduqda onların cavabları belə oldu: Mənim mühitimdə bu cür fəaliyyətlər üçün heç bir obyekt, avadanlıq, material yoxdur və heç kim məni asudə vaxtlarda necə iştirak etməyimlə bağlı istiqamətləndirmir. Xüsusilə gənclərin asudə vaxtda iştirak etmək üçün birbaşa adamlarının olmadığını bildirmələri onların asudə vaxt təhsilinə və asudə vaxt üzrə məşqçilərə (liderlərə) ehtiyaclarının göstəricisidir. Asudə vaxt liderliyi bu gün bir çox inkişaf etmiş qərb cəmiyyətlərində və ABŞ-da ayrıca bir peşəyə çevrilib və xüsusi təlim tələb edir. Bu liderlər müxtəlif yaş qrupları üçün ixtisaslaşmışdır (uşaqlar, yaşlılar və gənclər üçün ayrıca liderlər var). Onlar qapalı və açıq məkanda bir çox istirahət imkanlarını idarə edir, fərdləri yeni maraqlar əldə etməyə istiqamətləndirir və asudə vaxt qruplarının təşkilinə kömək edir. Bir sözlə, onlar cəmiyyətin bütün təbəqələrinin mənafeyinə rəhbərlik edir və xidmət edirlər. Gənclərimizin və məktəblilərimizin bəzən asudə vaxtlarından səmərəli istifadə etmək baxımından şüurlu təhsil almadıqları və nəticədə asudə vaxtlarını passiv və faydasız keçirdikləri görünür.

Asudə vaxtdan istifadə böyük ölçüdə təhsil problemi olduğundan bu fənn ilk növbədə ibtidai və orta məktəblərin kurikuluma daxil edilməlidir. Gənclərin cəmiyyətdə iştirakçı fərdlərə çevrilmələri üçün asudə vaxtların təsirlərindən istifadə edilməlidir. Şəxsiyyətin səyləri, siyasi-əxlaqi, estetik idealları, baxışları, onların zənginliyi, möhkəmliyi mənəvi fəaliyyətdə üzə çıxır. Deməli, şəxsiyyət yalnız nə etməsi ilə deyil, həm də necə etməsi ilə səciyyələnir. Şəxsiyyəti ən çox yüksəldən onun həyatda necə mövqe tutması, öz həyatını, boş, asudə vaxtını necə keçirməsi ilə ölçülür. Böyük rus sərkərdəsi A.B.Suvorov deyirdi: «Pul qiymətlidir, insan həyatı ondan da qiymətlidir, vaxt isə hər şeydən qiymətlidir». Asudə vaxt insanın həyat fəaliyyətinin müəyyən növlərini həyata keçirmək üçün – istirahət etmək və əmək prosesində sərf olunmuş enerjisini bərpa etmək üçün, ailədə və yoldaşlarla ünsiyyət etmək üçün, cəmiyyətin və özünün normal fəaliyyətindən ötrü mütləq olan zehni və fiziki qüvvə və qabiliyyətini hərtərəfli inkişaf etdirmək üçün zəruri vaxt məkanıdır. Bu gün əhalinin, xüsusən yeniyetmə və gənclərin asudə vaxt probleminə diqqətin artması onunla bağlıdır ki, elmitexniki tərəqqinin sayəsində məhsuldar qüvvələrin inkişafı, yeni təhsil konsepsiyalarının qəbulu, «hafizə məktəbi» ndən «təfəkkür, ağıl və düşüncə məktəbi» nə keçid, yeniyetmə və gənclərin bilik səviyyəsinin, onların mədəni və sosial tələbatlarının ödənilməsi üçün lazımi vaxtın artmasına səbəb olur. Hazırda  həm ümumtəhsil məktəbləri və ali məktəblər (şagirdlər və tələbələr) böyük asudə vaxt kəmiyyətinə malikdirlər. Bu, təbii bir haldır. Bir orta illik gün ərzində yeniyetmə vəgənclərin asudə vaxtlarının kəmiyyəti orta hesabla dörd onda altı saata çatır. Beş günlük təhsilə keçmək asudə vaxt saatını daha da artırmışdır.

Uşaq, yeniyetmə və gənclərin dərsdən sonra müəyyən ev işlərində iştirakından sonra onların əyləncəsi, istirahəti, öz zehni və fiziki qabiliyyətlərini daha da inkişaf etdirməsiüçün də boş vaxtı qalır ki, bu vaxta asudə vaxt deyilir. Asudə vaxtdan səmərəli, məzmunlu və dolğun istifadə olunması yeniyetmə və gənclərin ideya-siyasi, fiziki,əmək və mənəvi tərbiyə sahəsində qarşıya qoyulan ən ümdə vəzifələrdən biridir. Asudə vaxt yalnız o zaman həqiqətən ictimai-mənəvi sərvət hesab edilə bilər ki, bu vaxtdan insanın, onun qüvvə və qabiliyyətlərinin hərtərəfli inkişafı xeyrinə və beləliklə dəbütün cəmiyyətin maddi və mənəvi qüvvəsinin daha da artması xeyrinə istifadə edilmişolsun. Məhz buna görə də asudə vaxtdan düzgün istifadə edilməsi, asudə vaxtbüdcəsinin düzgün bölüşdürülməsi, bütün məktəblilərdə, o cümlədən, yeniyetmə vəgənclərdə mənəvi mənafe və tələbatın ödənilməsi imkanlarının təmin edilməsiproblemləri hazırda getdikcə daha qlobal problemlərə çevrilir.Təsadüfi deyildir ki, yeniyetmə və gənclər dərsdən sonra nə ilə məşğul olmaqhaqqında düşünməli olurlar. Bunun nəticəsində onlar çox zaman «küçə qrupları»,«həyət qrupları» adı altında birləşir, sakit guşələrdən birinə çəkilərək öz vaxtlarını çoxmənasız oyunlara sərf edirlər.Uşaqların nəzarətsiz qalması, müxtəlif qeyri münasib hərəkətlərə meyl etməsi,günlərini boş-boşuna keçirməsi onların şəxsiyyətinin inkişafına, nəzərə çarpacaqdərəcədə, mənfi təsir göstərir. Bu, ilk növbədə, valideynləri düşündürməlidir. Beləhallarda məktəb ailəyə köməyə gəlməli, ailəni uşağın tərbiyəsinə cəlb etmək üçün yeni,təsirli yollar və üsullar axtarmalıdır.

Təbii ki, məktəblilərin asudə vaxtının səmərəli təşkilində ailənin, ailədənkənar şəraitin, yaşayış yerlərinin, məktəbdə, dərsdənkənar vaxtda keçirilən tərbiyəvi tədbirlərin və məktəbdənkənar müəssisələrin rolu xüsusilə böyükdür. Elmi və bədii əsərlərin mütaliəsi, televiziya verilişlərinə tamaşa, muzey və sərgilərdə olmaq, klubların və mədəniyyət evlərinin işində iştirak, kino, teatr, konsertə getmək, idmanla, bədii yaradıcılıqla və s. məşğul olmaq yeniyetmə və gənclərin asudə vaxt strukturunda mühüm yer tutur.

Məktəblinin -Yeniyetmə və gənclərin ailədə, məktəbdə asudə vaxtı elə təşkil edilməlidir ki, bu, onların fiziki inkişafına, ideyaca zənginləşməsinə, yüksək mədəni tələbatın və estetik-zövqün formalaşmasına, vətən və dünya mədəniyyətinin ən yaxşı nailiyyətlərinə qovuşmasına kömək etmiş olsun.   

            Asudə vaxtın səmərəsində məktəblərin rolu

 Bildiyiniz kimi, asudə vaxtının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Çünki sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır. Şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlər qədər dərsdən kənar fəaliyyətləri də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçasıdır. Məlumdur ki, yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyillərinə, hüquq pozuntuları və cinayətkarlıq hallarına bəzən rast gəlinir. Bu xoşagəlməz halların aradan qaldırılması və intellektual və mənəviyyatlı Azərbaycan gənclərinin yetişməsi üçün onların boş vaxtlarının düzgün şəkildə təşkili diqqət mərkəzində olmalıdır. Respublikamızda uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, yaradıcı qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri məqsədilə onların dərsdənkənar vaxtlarının düzgün şəkildə keçirmələri üçün bir sıra addımlar atılmışdır. Yuxarıda da qeyd edildiyi kimi, uşaqların asudə vaxtlarının səmərəli təşkili, düşünülməsi olduqca vacib olan məqamlardan biridir. Çünki sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxt ilə qoyulur. Bunun üçün ilk növbədə uşağın yaşı və həmin yaş üçün uyğun olan aparıcı fəaliyyət növü nəzərə alınmalıdır. Azyaşlı uşaqların asudə vaxtının əsasını oyunlar təşkil edir.

     Bu zaman məktəbdə  elə oyunlara üstünlük verilməlidir ki, əyləndirməklə yanaşı, həm də öyrədici olsun. Çünki uşaq məhz oyunlar vasitəsilə ətraf mühiti dərk edir, oynadığı oyunlar onda ətraf aləm haqda təsəvvür formalaşdırır. Uşaqlar oyun oynadıqda valideynlər də oyunun iştirakçısı olaraq övladının davranışlarına nəzər yetirməlidir. Çünki uşaq oyun fəaliyyətində özünü necə aparırsa, bu onun xarakterik xüsusiyyətinə çevrilə və xasiyyəti kimi formalaşa bilər.

1) Gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək;

2) Onların qabiliyyət və istedadlarını müəyyənləşdirib düzgün istiqamətləndirmək;

3) Onlarda təlimə və ictimai işlərə maraq artırmaq;

4) Gəncləri ictimai həyata və istehsal əməyinə hazırlamaq;

5) Onların yaradıcılıq potensialını ölkənin inkişafına və ümummilli problemlərin həllinə səfərbər etmək;

8) Sağlam əqidəli, güclü iradəli və mənəviyyatlı gənclər yetişdirmək.

Bütün yaş dövrləri üçün uşağın asudə vaxtının səmərəli dəyərləndirilməsinin ən ideal  məşğuliyyəti mütaliə etməkdir. Bu zaman Müəllim şagirdin, valideynlər övladının yaşını nəzərə almaqla doğru kitab seçiminə diqqət etməlidir. Məktəb kitabxanaçısının da bu yöndə yaxından iştirakı zəruridir. Oxunan məlumatın keyfiyyəti, mövzusu mühümdür. Nə çox fantaziyalarla dolu, nə kin, nifrət doğuran, nə də şiddət xarakterli materiallar oxumaq doğru deyil. Müəllim şagirdlərinə daha çox özündə həyati məlumatları əks etdirən, folklor nümunələri olan nağıllar, dastanlar oxutmaları tövsiyə edilir. Folklor nümunələri milli ruhumuzu, adət-ənənələrimizi özündə ehtiva edir ki, bu da uşaqların milli ruhda böyümələrinə müsbət təsir göstərir. Nağıllar vasitəsilə uşaqlar fantaziyanı gerçəyə çevirərək təxəyyülünü inkişaf etdirir, nağıllarda olan müsbət xarakterli obrazlara rəğbət bəsləyərək onları özünə nümunə seçir. Qəhrəmanlıq dastanları isə uşaqları vətənpərvər ruhda yetişdirmək üçün önəmlidir.

Məktəbin kitabxanasında oxucular üçün kitabxanada ucadan oxunun təşkilinin, onlara həm oxumaq, həm də rəngləmək üçün şəkilli jurnalların verilməsinin, tədbirlərin, ekskursiyaların keçirilməsinin, orta yaşlı oxucular üçün kitablar haqqında müzakirələrin zəruriliyi xüsusilə qeyd edirik. Eləcə də böyük yaş qrupundan olan oxucular üçün məktəbdənkənar tədbirlər, o cümlədən dərnəklər, söhbətlər, dəyirmi stol və müzakirələr, ədəbi-bədii gecələr, viktorinalar oxucuların asudə vaxtlarının təşkilində əsas amillər kimi göstərilir.

1.Ailəvi oyunlar: Məsələn, bütün ailə üzvləri ilə birlikdə şaşki, şahmat, müxtəlif söz oyunları, səssiz film və s. bu kimi oyunlar oynaya bilər. Hər birimiz gərgin iş rejimində maddi tələbatlarımızı ödəmək, övladlarımızın təhsil haqqlarını qarşılamaq, digər  həmyaşıdlarından geri qalmaması üçün fasiləsiz işləyirik. İstirahət günləri isə evdə oluruq. Bəlkə də bu övladlarımızı tanımaq, onlarla ünsiyyət bariyerini aradan qaldırmaq üçün yaxşı bir fürsətdir? Niyə də yoxlamayaq? Yəqin ki, bilirsiniz, uşaqları tanımağın ən yaxşı üsulu onlarla oyun oynamaqdır. Qrup oyunları düzgün yönləndirma olduqda onlarda özünüifadə tərzini formalaşdıracaq. Əgər uşaqlarınız kiçikdirsə, onlarla birlikdə müxtəlif rəsmlər çəkə, çəkdikləri rəsmlərdəki hadisələri təsvir etməsinə, nağıl kimi danışmasına şərait yarada bilərsiniz. Beləliklə şagirdin həm rəsm qabiliyyətini, həm də söz bazasını inkişaf etdirmiş olarsınız. Rəngli kağızlardan düzəldilən fiqurlar, bacarırsınızsa canlandıra biləcəyiniz personajlar isə uşağın təxəyyülünün inkişafına birbaşa müsbət təsir edəcək. Həmçinin, oyunun qaydalarını əvvəlcədən övladınızla birgə müəyyənləşdirin. Çünki kiçik uşaqlarla oyunlar oynadıqda uşaqların oyunun qaydalarından kənara çıxmaması və ona riayət etməsi, onlarda səbrlilik, məsuliyyət hissini artırır. Bu da gələcək həyatlarında uğura gedən yolda kiçik dostlarımız üçün təməl olacaqdır. Valideynlər, övladınızla oyun oynamaqdan heç bir zaman çəkinməyin. Bu sizi qıraqdan qeyri-ciddi və yaxud uşaq kimi göstərmir, əksinə sizin ailənizə verdiyiniz dəyərin, duyduğunuz sevginin göstəricisidir. Balalarımız üçün edə biləcəyimiz ən gözəl yatırım xoş xatirələr depolamaqdır.

2.Kitab oxumaq. Kitab oxumaq vərdişi qazanmaq insan həyatındakı vacib amillərdən biridir. Kitab oxumaq yalnız şəxsi inkişaf üçün deyil, həm də sosial inkişaf üçün də öz əhəmiyyətini qoruyur. Beləliklə, bu vərdişi əldə etmək üçün biz, böyüklər, səy göstərməli, uşaq və gənclərin həyatlarına kitabları da daxil etmək üçün əlimizdən gələni etməliyik. Bu zaman vacib sual yaranır. Bəs necə? Kitab oxumaq sadəcə dərsləri oxumaq, imtahanlara hazırlaşmaq deyil. Bu cür fəaliyyət uşaqları bir müddətdən sonra yorur. Bizim məqsədimiz onlarda kitaba olan marağı, sevgini oyatmaq, boş vaxtlarında da kitab oxumalarını təmin etməkdir. Son zamanlar hər kəsi narahat edən pandemiyanı və bununla əlaqədar olaraq evdə qalmalı olduğumuzu nəzərə alsaq, kitab oxumaqla vaxtımızı daha səmərəli və maraqlı keçirdə bilərik. Bunu ilk növbədə onlara nümunə olaraq başlaya bilərik. Valideynlərini kitab oxuyarkən görmək onlarda kitaba, oxumağa maraq oyada bilər. Onlara kitab hədiyyə edin. Bütün uşaqlar hədiyyəni çox sevir. Hədiyyə qutusunda təqdim olunan kitab onlar üçün daha maraqlı ola bilər. Evinizdə kitab güşəsi yaratmaq əla fikirdir. Bir otaqda və ya otağın hansısa küncündə müxtəlif qəzet, jurnal və kitablardan təşkil olunmuş kitabxana təşkil etməklə uşağın diqqətini cəlb edə bilərsiniz. Günün müəyyən vaxtında bütün ailə üzvləri ilə eyni vaxtda oxu saatı təşkil etmək çox faydalı olardı. Çox deyil, gündə yarım saat və ya bir saat oxu sessiyası uşağınıza inanılmaz bir motivasiya verə bilər. Kitab seçərkən uşağımızın maraq dairəsini mütləq nəzərə almalıyıq. Əlbəttə ki valideyn olaraq öz fikrimizi bildirə bilərik amma son seçimi qoyun övladlarınız etsin. Bu onlarda özünə inam, həm də, seçdiyi kitaba həvəs yaradacaq.

3.Musiqi dinləmək – Musiqi dinləməyin uşaq psixologiyasına müsbət təsirləri olduqca çoxdur. Bədii- estetik tərbiyənin ən təsirli vasitələrindən biri olan musiqi uşağın emosional təbiətinə çox yaxındır. Musiqinin təsiri altında onun estetik qavrayışı inkişaf edir, duyğuları zənginləşir. Onlarda müxtəlif hisslər oyadır. Eyni zamanda, musiqi sinir sisteminin inkişafında böyük rol oynayır. Musiqi alətində ifa edən uşaqların digər uşaqlara nisbətən yaddaşı güclü olur, daha yaxşı oxuyur və zəngin söz ehtiyatına sahib olur. Uşaq təfəkkürünün inkişafında musiqinin rolu danılmazdır. Tanıma və sürətli yaddaşın inkişaf etdirilməsi üçün musiqi vacib bir alət kimi göstərilir. Musiqi ilə məşğul olan uşaqlar başqalarının səs tonunu daha aydın seçə bilir. Nəfəs alma imkanları genişlənir, səs telləri möhkəmlənir. Əhval-ruhiyyənizi qaldıracaq musiqilərin dinlənilməsi və onun sədaları altında rəqs həm siz, həm

övladınız üçün xoşbəxtlik hormonu olan serotoninin ifrazını sürətləndirəcək. Əylənəcək, həm də pozitiv hiss edəcəksiniz.

4.Uşaqları ev işinə cəlb etmək – Bütün ailənin günün çox hissəsini evdə keçirməsi, xanımların işini çətinləşdirə bilər. Bu işləri ailəvi görmək bu çətinliyi aradan qaldırmağa, zamanınızın səmərəli və əyləncəli keçməsinə yardımçı olacaq.Uşaqlarınızı da ev işlərində yardım etməyə cəlb etmək, evinizin təmizliyi üçün yox, övladınızın inkişafı üçün vacibdir. Bilirsinizmi evdə iş görən uşaqlar çox vaxt dərslərini yaxşı oxuyurlar? Onlar, həmçinin özünəinamlı, nizam-intizamlı və qətiyyətli olur. Bu xüsusiyyətlər uşağın öyrənmək qabiliyyətini də yaxşılaşdırır. Uşaq ailəyə ev işlərində kömək edən zaman, dərk edir ki, o, sadəcə, ailənin üzvü deyil, həm də ailəsinin qarşısında məsuliyyət daşıyır. Bu işlər həm də ailədaxili münasibətləri möhkəmləndirəcək. Uşaqlardan ev işlərində kömək istəyən zaman mütləq onların yaşını və bacarıqlarını da nəzərə alın. Məsələn, 5-6 yaşa qədər olan uşaqlardan oyuncaqlarını yerinə yığmağı, harasa az çirklənibsə (əli çatan yerlərdə) oranı silməyi, böyük uşaqlara isə evi süpürmək, bulaşıq qabları yığmaq, hətta yemək bişirməyə kömək etməsini istəyə bilərsiniz. Ailəvi olaraq ev işlərini yarışmalar keçirərək görmək daha əyləncəli olar. Çox təəssüflər olsun ki, ölkəmizdə kişi ev işi görməz tipli dar düşüncələr var, lakin siz uşaqlarınızı bu tip işlərə cəlb edərək, həm bu düşüncələrdən uzaq olmasına şərait yaradacaqsınız, həm də, övladlarınızın xarakterində birlik, humanistlik, məsuliyyətlilik, özgüvən, işdən qorxmamaq kimi anlayışları aşılamış olacaqsız.

5. Rəsm çəkmək – Bütün uşaqlar rəsm çəkməyi, rəngli karandaşlarla bir arada olmağı

çox sevirlər. Adi cızmaqara belə onlar üçün sevinc mənbəyidir. Şəkil çəkmənin onlar üçün faydasını bilsək, boş zamanlarımızda uşaqlarla bu fəaliyyət növünə daha çox zaman ayırarıq. Rəsm, uşaqların özlərini ifadə etməsinin bir yoludur. Bu yolla, uşaqlar öz daxili aləmlərini, istək və ya narahatlığını biruzə verir. Eyni zamanda boyama uşağa bir çox müsbət təsir göstərir, məsələn, sağ və sol beyin yarımkürələri birlikdə işləyir, diqqətin davamlılığı artır və özünə inam formalaşır. Şəkil çəkərək uşaqlar öz yaradıcı güclərini də nümayış etdirirlər. Gəlin birlikdə uşaqlarımızla asudə vaxtımızda şəkil çəkməyin sirlərini öyrənək. Belə bir nümunəni məktəbyaşlı uşaqlarla edə bilərik. Bizə lazım olacaq: albom kağızı və ya A4 kağız, sadə və rəngli karandaş və ya istəyə uyğun boya.İlk öncə uşaqlara portretin nə olduğu haqqında qısaca məlumat verək. Sonra kagız və karandaşı götürərək, üzbəüz şəkildə bir neçə dəqiqə bir-birinizi izləyək. Kağıza baxmadan, sadəcə bir-birinizə baxmaqla saçdan başlayıb çiyinlərə qədər şəkli tamamlayıb, ortaya

çıxan portet haqqında danışaq. “ Kağıza baxmadan şəkil çəkərkən nə hislər keçirdiz”?, “Əvvəllər heç bu qədər diqqətlə üzümə baxmışdın”?, Daha əvvəl məndə görmədiyin

nəyisə gördünmü”? bu tipli suallar verməklə çəkdiyiniz şəkli müzakirə edə bilərsiniz.

Sonra isə, həm kağıza, həm də qarşınızdakı insana baxaraq şəkil çəkməyə başlayın.

Artıq əlinizdə müqayisə edə biləcəyiniz 2 şəkil var.Əziz uşaqlar şəkil çəkməkdən

qorxmayın, qoyun əlləriniz duyğularınızın dili olsun.

6. İdmanın uşaq psixologiyasına təsiri

Gəlin günümüzü səmərəli keçirtmək üçün zamanımızın müəyyən hissəni də idmana ayıraq. İdmanın insana həm fiziki, həm də psixoloji istiqamətdə müsbət təsirləri vardır.Buna görə də əbəs yerə deyilməyib “İdman sağlamlıqdır”, “İdman sağlamlığın rəhnidir” İdman uşaqların özünü tanımalarına kömək edir. İdman edən uşaqlar bədənlərini yaxşı tanıyar, qabiliyyətlərini və bədənlərinin hansı idman növünə meyilli olduqlarını erkən yaşda kəşf edərlər. İlk növbədə idmanla məşğul olmaq özgüvənin, mənlik şüurunun inkişafına müsbət təsir göstərir. Bunlara tennis, üzgüçülük, voleybol, basketbol və s. kimi idman növlərini aid etmək olar.Liderlik bacarığının formalaşmasına kömək olur. Liderlik bacarığı uşağın həyatında önəmlidir və başqaları ilə qurduğu münasibətlər onda liderlik xüsusiyyətini inkişaf etdirir. Xüsusən də komanda oyunlarında liderlik rolu uşağın qarşısına çıxa bilər və bu bacarığını artırıb, inkişaf etdirə bilər.Uşaqlarda daha rahat dostluq qurmaq bacarığının formalaşmasına da təsir edir. Xüsusilə daha çox özünəqapalı olan uşaqlar dostluq qurmaqda çətinlik yaşaya bilərlər. Buna görə bir idman komandasının üzvü olmaq, bir yerdə uşaqlarla vaxt keçirmək dostluq qurmağı daha da asanlaşdıracaq. Saatlarla aparılan idman məşqləri zamanı uşaqlar bir-birinə bağlanır və bunun sayəsində sosiallaşır. Bunun nəticəsində də onlar uzunmüddətli dostluqlar qura bilirlər. Gördüyümüz kimi idmanla məşğul olmağın necə müsbət təsirləri vardır. İdman həm biz valideynlərin, həm də övladlarımızın ruh yükəsliyini yaradan mühüm açarlardan biridir.

Olduz hərəniz bir evin oğlanı, uşaqlar! Asudə gəzin indi bu dünyanı, uşaqlar.

M.Ə.Sabir

    Valideynlərin biz məktəb direktorlarına  müraciət etdikləri suallardan biri də budur: uşaqlar boş vaxtlarını necə səmərəli keçirsinlər? Valideynlərin qarşıya qoyduqları əsas məqsəd uşaqları cəmiyyətə faydalı bir şəxs kimi yetişdirməkdir. Uşaqların gələcəkdə sərbəst qərar verib, həyat çətinliklərinin öhdəsindən gəlməsi üçün onu hələ balacalıqdan istiqamətləndirmək lazımdır. Bəs uşaqlara yaradıcılıq qabiliyyətini, sərbəst fikir yürütmək qaydalarını necə aşılamaq lazımdır? Hər bir ailədə bu sual müxtəlif cür həll olunur. Bəziləri uşaqları müxtəlif dərnəklərə göndərir, bəziləri isə dil kurslarına yazdırırlar. Əgər hələ də övladınızın vaxtını necə səmərəli keçirməsi haqda fikirləşirsinizsə, yazıya diqqət edin. Psixoloqlar bildirirlər ki, şahmat oyunu uşağın əqli inkişafında müsbət rol oynayır. Şahmat oyunu dünyagörüşünün inkişafına təsir edir, diqqətli olmağı, fikirləşməyi, müqayisə etməyi, əvvlcədən oyununun nəticəsini görməyi öyrədir. İxtiraçılıq qabiliyyətini və qanunauyğunluq təfəkkürünü inkişaf etdirir. Uşaqlarda səbirlilik qabiliyyətini, özünü ələ almaq, dözümlülük hissini artırır. Onlarda özünə tənqidlə yanaşmaq, sərbəst qərar vermək hisslərini güclənir. Şahmatı ən çox da hiperaktiv (dəcəl,dinamik) uşaqlara öyrətmək lazımdır.

 Uşaqlar hansı yaşdan şahmatı öyrənməlidirlər?

Məşhur şahmatçıların, dünya çempionlarının həyatlarına nəzər yetirəndə erkən yaşlardan bu oyunla maraqlandığının şahidi oluruq. Xose Raul Kapablanka şahmat oynamağa 5 yaşından başlayıb, atasının oyunlarına baxa-baxa oyunun gedişinə bələd olub. On bir dəfə dünya çempionu olan Roberta Fişeraya şahmatı 6 yaşında olarkən öyrənib. Qarri Kasparov da şahmat oynamağa 5 yaşından başlayıb. Raul Kapablankanın fikrincə, şahmat sadəcə oyun deyil, intellektual vaxt keçirməkdir. Həmçinin onda elmin müəyyən elementləri var. Zehni işdə işləyənlər üçün şahmat oynamaq idmançılar üçün idmanla məşğul olmaq kimidir. Şahmat insan əqlini məşq etdirməyin ən gözəl yoludur. Şahmatın köməkliyi ilə uşaq kiçik yaşlarından müstəqil qərar vermək kimi xüsusiyyətə yiyələnir. Bundan əlavə, uşaqlarda mövcud situasiyanı məntiqli qiymətləndirmək vərdişi də formalaşır. Təbii ki, bu bacarıqlar onun gələcəkdə bir şəxsiyyət kimi formallaşmasında mühüm rol oynayacaq. Şahmatla məşğul olan uşaqlar vaxtlarını düzgün planlaşdırmağı, strateji düşüncə tərzi və qoyulan məqsədlərə çatmaq bacarıqlarına malik olurlar. Bundan əlavə, uşağın yaddaşı və riyazi hesablama bacarığı da digər uşaqlara nisbətən daha güclü inkişaf edir. İlk baxışdan darıxdırıcı kimi görünən bu idman növü əslində uşaqlara mübariz və döyüşkən olmağı öyrədir. Bu baxımdan şahmat, boks, cüdo və ya güləşdən heç də geri qalmır. Yeganə fərq isə fiziki yox, intellektual gücdən daha çox istifadə olunmasıdır. Gəlin ilk növbədə asudə sözünün mənası nədir? onu öyrənək. Asudə vaxt- rahat, dinc, qayğısız, arxayın, asudə həyat, asudə yaşamaq deməkdir.

“Asudə vaxt şəxsiyyətin formalaşmasında olduqca mühüm rol oynayır. Təəssüf ki, indi cəmiyyətimizdə asudə vaxt məsələsinə lazımi diqqət verilmir. İstər körpələrimizin, uşaqlarımızın, gənclərimizin, istərsə də yaşlı nəslin asudə vaxtlarının təşkilində xeyli problemlər var. Bir çox kəndlərdə, rayon mərkəzlərində gənclərin asudə vaxtlarından səmərəli istifadə üçün lazımi şərait yoxdur. Halbuki asudə vaxtın düzgün təşkili ilə biz əhalinin müxtəlif yaş təbəqələri arasında onların daha vətənpərvər, daha keyfiyyətli bir insan kimi yetişməsi istiqamətində çox işlər görə bilərik”. Yuxarıda da qeyd etdik ki, müasir dövrün vacib məsələlərindən biri də asudə vaxtın təşkili məsələsidir. Bir çox insanlar, xüsusən də, uşaqlar bu məsələdə çətinlik çəkir. Bu mövzuda cəmiyyətimizdə maarifləndirmənin az olması və eləcə də KiV-lərdə proqram və verilişlərin olmaması ciddi problemlərə gətirib çıxarır. Uşaqların asudə vaxtının səmərəli keçməsi, əsasən, valideynlərdən asılıdır. Bir çox hallarda uşaqlar asudə vaxtlarını müxtəlif oyunlar oynamaqla və yaxud internet şəbəkələrindən istifadə etməklə keçirir. Valideynlər çalışıb bu məqamlarda diqqətli olmalı və uşaqlarını daha çox real oyunlara cəlb etməyi bacarmalıdırlar. Çünki real oyunlar əsasında uşaqlarda tarixi biliklərə yiyələnmək, vətənpərvərlik hisslərini aşılamaq, həmyaşıdları ilə ünsiyyətin qurulması, cəmiyyətə və eləcə də kollektivə adaptasiya olması kimi prosesləri formalaşdırmaq olar. Ümumilikdə, uşaqların asudə vaxtlarının səmərəli təşkili valideyn nəzarəti altında olmalıdır. Həmçinin uşaqları istəmədikləri fəaliyyətə  məcbur etmək, yaxud sevdiyi fəaliyyətdən uzaq tutmaq düzgün deyil. Çalışmaq lazımdır ki, onlar sevdikləri fəaliyyətlə məşğul olsunlar. Bəlkə də onların sevdiyi işi görmələrinə mane olaraq gələcəyin rəssamının, musiqiçisinin, memarının qol-qanadını qırmış oluruq. Bu baxımdan hər bir valideyn öz övladını tanımalı və onu yaxşı analiz etməyi bacarmalıdır. Kiçik yaşlardan valideynlər xüsusən övladlarını müşahidə etməli və onların maraq dairəsini aşkarlamalı və onlara bu istiqamətdə yardımçı olmalıdırlar. Uşaqların asudə vaxtının təşkilində valideyn nəzarəti olmazsa o zaman uşaqlar müxtəlif pis vərdişlərə yiyələnə bilər, sosial təhlükəli qruplara qoşula bilər, təhsildən

yayına və eləcə də müxtəlif cinayət tipli hadisələr törədə bilər. Bu halların qarşısını almaq üçün uşaqlarda ailə bağı gücləndirilməli və həmçinin asudə vaxtın səmərəli təşkil oluması üçün düzgün istiqamət verilməlidir. Uşaqların vaxt bölgüsünün təşkili valideynlərin bir tərəfdən mənəvi borcudursa, digər tərəfdən ölkəmizin qanunları ilə onların üzərinə qoyulmuş bir vəzifədir ki, buna sosial məsuliyyət deyirlər. Valideynlər bu vəzifələri yerinə yetirmədikdə və ya düzgün yerinə yetirmədikdə həm qanun, həm də cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Uşaqlarda güclü tərəflərin – yəni maraq dairəsində olan məsələlərin aşkarlanması onları asudə vaxtının səmərəli keçirilməsi üçün açar rolunu oynayır. Valideynlərin ən əsas diqqətli olmalı olduqları mövzu, məhz onların övladlarını hansı peşədə görmək istədikləri deyil, övladları özləri hansı peşənin sahibi olmaq istəmələridir. Bu baxımdan onlara azadlıq verilməli və daim dəstək olunmalıdır.

 Oyun uşağın həyatında son dərəcə vacib fəaliyyətlərdəndir. İstənilən yaş dövründə oyun uşaqların sadəcə əylənməsini təmin etmir, həm də onların fiziki və intellektual inkişafına birbaşa təsir göstərir. Odur ki, lap erkən vaxtlardan körpələrl məqsədəuyğun təşkil edilən oyunun uşaqların inkişafında mühüm rolu vardır. Hələ çağalıq dövründən uşaqlarla oyunlar təşkil edilməlidir. Çünki oyun körpələrin oyaq vaxtlarında əsas fəaliyyət növüdür. Uşaq oynayarkən diqqətini oyuna cəmləyir, əhvalı yaxşı olur. Həm də oyun uşaq üçün dincəlmək deyil, əsas məşğuliyyətdir. Uşaq oynayarkən baxır, eşidir, toxunur, kəşf edir, sığallayır, dadına baxır, işləyir və s. O, oyun uşağı inkişaf etdirir. Uşağa sevinc bəxş edən hər bir şey onun inkişafı üçün faydalıdır. Bəzən böyüklər oyunun əhəmiyyətini lazımi qədər qiymətləndirmirlər, uşaqla oyun oynayarkən sərf etdikləri zamanı vaxt itkisi hesab edirlər. Əksinə, oyu uşağın öz fərdiliyinin formalaşması üçün vacibdir. Oyun onun həm fiziki, həm də intellektual bacarıqlarını inkişaf etdirən ən təbii prosesdir. Bu, uşağa onu əhatə edən ətraf aləmi kəşf  etməyə, başa düşməyə imkan verir. Uşaqlar əşyalarla oynadıqda hərəkətləri, hərəkətlərin koordinasiyası, hissiyatı, təfəkkürü formalaşır. Əşyalarla davranış uşağın psixikasının keyfiyyətli formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Barmaqların incə hərəkətləri beyində nitq mərkəzini stimulyasiya edir, diqqət, müstəqillik, nəticə əldə etmək qabiliyyəti inkişaf edir. Erkən yaşda şəxsiyyətin formalaşmasında oyun yaradıcılığı vacib əhəmiyyət kəsb edir. Uşağın erkən yaşlarında oyunlarda iştirakı onun gələcəkdə təlim və tərbiyəsində, digər insanlarla düzgün ünsiyyət qurmasında vacib rol oynayır.

               Abdulla Əsgərov,

             Naxçıvan şəhər, 16 saylı tam orta məktəbin direktoru

Gundelik.az