ABŞ ordusu pilotsuz uçuş aparatlarından (PUA) istifadəni əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Gundelik.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Məqalədə deyilir ki, Pentaqon hər bir hərbi bölməni təxminən 1000 pilotsuz təyyarə ilə təchiz etməyi və bununla da köhnəlmiş silahlardan qurtulmağı gözləyir.
Nəşr hərbi analitiklərə istinadən qeyd edib ki, PUA-lar döyüş əməliyyatlarının formatını dəyişib, çünki onlar düşmənin müdafiəsini dəf etməyə kömək etməklə yanaşı, düşmənin gizli mövqelərini daha yaxşı aşkar etməyə qadirdir.
Məlunata görə, Birləşmiş Ştatlar həmçinin qoşunların planşetlərlə təchizatını təkmilləşdirmək, eləcə də onları internetlə təmin etmək, düşmənin pilotsuz təyyarələri ilə mübarizə texnologiyalarının hazırlanmasına 3 milyard dollara yaxın investisiya qoymaq niyyətindədir.
Amerika qoşunlarının yenidən silahlanmasının ümumi dəyəri ekspertlər tərəfindən 36 milyard dollar dəyərində qiymətləndirilir.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin yeni PUA-lar almağa başladığı bildirilirdi.
Gundelik.az

