ABŞ Nəqliyyat naziri Şon Daffi bildirib ki, hökumətin fəaliyyətinin dayandırılması təhlükəsizliklə bağlı narahatlıqlar yaratdığı üçün ölkənin hava məkanı tamamilə bağlana bilər.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, hazırda yalnız ciddi uçuş gecikmələri müşahidə olunur, lakin təhlükəsizlik riski yaranarsa, bütün uçuşlar dayandırılacaq. “İnsanların səyahət etməsinə icazə verməyəcəyik. Lazım gələrsə, hava məkanını tam bağlayacağıq”, – nazir vurğulayıb.
Xatırladaq ki, ABŞ hökuməti oktyabrın 1-dən bağlanıb. Bu, ölkə tarixində ən uzunmüddətli ikinci bağlanmadır. Prezident Donald Tramp daha əvvəl bəyan etmişdi ki, Ağ Ev vətəndaşlara Əlavə Qidalanma Yardımı Proqramı (SNAP) çərçivəsində maliyyə ayıra bilmir. Vaşinqton bu vəziyyəti nüvə arsenalının modernləşdirilməsi üçün də təhlükə adlandırmışdı.
Gundelik.az

