İyul 8, 2026
Baku

abş

Müsahibə Siyasət Xəbərlər

Dünya nəfəsini tutur: İran və ABŞ razılaşacaqmı?

Son dövrlərdə beynəlxalq münasibətlər sistemində İran–ABŞ qarşıdurmasının gələcək inkişaf istiqamətləri yenidən diqqət mərkəzinə çevrilib. Tərəflər arasında mümkün kompromis ehtimalları, nüvə proqramı ətrafında danışıqlar və Hörmüz boğazı üzərində nəzarət məsələsi qlobal təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Mövzu ilə bağlı Gundelik.az xəbər portalının suallarını politoloq, elmlər doktoru Elşad Mirbəşiroğlu cavablandırıb. İran və ABŞ arasında kompromis əldə olunması

Read More
Dünya Siyasət Xəbərlər

ABŞ-ın İran Strategiyası: Gambot diplomatiyası

ABŞ İranda hakimiyyəti dəyişdirəbilərmi sualına baxanda görmək mümkündür ki, ABŞ-ın hansı ölkədə hansı rejmin idarəetdiyindən ziyadə, özünə uyğun olacaq bir rejmin hakimiyyətinə isdi baxacq. Ancaq İran, hələ də həmin rejmi quran kadroların təsirini daşıyır və ona uyğun yeni kadrolar yaradır. Bu səbəbdən İran rejminin ABŞ-a uyğun bir hala gəlməsi mümkün deyil. Hava hücumu ilə də

Read More
Dünya Xəbərlər

İran ABŞ-ın hücumu olarsa cavab verəcəyini xəbərdarlıq edir, etirazlarda yüzlərlə insan öldürülüb

İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə cavab verəcəyini bildirib. BBC mənbələri və fəallar hökumətin sərt tədbirləri nəticəsində etirazlarda artıq yüzlərlə insanın öldürüldüyünü xəbər verirlər. Tehrandakı bir mənbə bazar günü BBC-yə deyib: “Burada vəziyyət çox-çox pisdir. Dostlarımızın çoxu öldürülüb. Onlar canlı güllələrdən istifadə edirdilər. Bura müharibə zonasına bənzəyir, küçələr qan içindədir. Meyitləri yük maşınları ilə

Read More
Dünya Xəbərlər

Özbəkistan bu ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

Özbəkistan 2026-cı il yanvarın 1-dən etibarən ABŞ vətəndaşları üçün 30 gün müddətinə vizasız rejim tətbiq edəcək. Gundelik.az xəbər verir ki, bu barədə ölkə prezidentinin administrasiyası “İnterfaks” agentliyinə məlumat verib. Prezident Şavkat Mirziyoyevin imzaladığı fərmana əsasən, qərarın məqsədi iki ölkə arasında ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafını təşviq etmək, eləcə də turizm mübadiləsini stimullaşdırmaqdır. Qeyd edək ki,

Read More
Dünya Xəbərlər

ABŞ hava məkanını tamamilə bağlaya bilər  

ABŞ Nəqliyyat naziri Şon Daffi bildirib ki, hökumətin fəaliyyətinin dayandırılması təhlükəsizliklə bağlı narahatlıqlar yaratdığı üçün ölkənin hava məkanı tamamilə bağlana bilər. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Nazirin sözlərinə görə, hazırda yalnız ciddi uçuş gecikmələri müşahidə olunur, lakin təhlükəsizlik riski yaranarsa, bütün uçuşlar dayandırılacaq. “İnsanların səyahət etməsinə icazə verməyəcəyik. Lazım gələrsə, hava məkanını

Read More
Dünya Siyasət Xəbərlər

İran lideri ABŞ-la əməkdaşlıq üçün şərtləri açıqladı

İran İslam Respublikasının ali lideri Ayətullah Seyid Əli Xamenei bəyan edib ki, Tehran yalnız müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə ABŞ-la əməkdaşlığı bərpa edə bilər. Gundelik.az-ın EFE agentliyinə istinadən məlumatına görə, Xamenei bildirib ki, Vaşinqton İsraili (İranda “sionist rejim” kimi adlandırılır) dəstəkləməyi dayandırmalı, bütün hərbi bazalarını Yaxın Şərqdən çıxarmalı və regionun işlərinə müdaxiləyə son qoymalıdır. “Yalnız

Read More
Dünya İqtisadiyyat Xəbərlər

ABŞ-nin dövlət borcu 38 trilyon dolları ötüb: “Dünya liderliyimizi itirə bilərik”

ABŞ-nin ümumi dövlət borcu 22 oktyabr tarixinə 38 trilyon dolları keçərək yeni rekord həddə çatıb.  Gundelik.az xəbər verir ki, Xəzinədarlıq Departamentinin məlumatına görə, son 82 gün ərzində ölkənin borcu daha 1 trilyon dollar artıb. Maliyyə siyasəti üzrə ixtisaslaşmış Peter G. Peterson Fondunun hesablamalarına əsasən, bu məbləğ ABŞ-da hər bir vətəndaşın payına təxminən 111 min dollar

Read More
Dünya Siyasət Xəbərlər

BMT ABŞ-nin Karib dənizində gəmilərə endirdiyi zərbələri qəbuledilməz adlandırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Bürosu (OHCHR) ABŞ hərbi qüvvələrinin Karib dənizində, Vaşinqtonun narkotik ticarəti ilə əlaqələndirdiyi gəmilərə endirdiyi hava zərbələrini pisləyib. Gundelik.az-ın Avropa mediasına istinadən  məlumatına görə, təşkilatın nümayəndəsi Ravina Şamdasani cümə günü keçirdiyi brifinqdə bildirib ki, hücumlar nəticəsində ölüm halları artır və bu vəziyyət qəbuledilməzdir. Onun sözlərinə görə, ABŞ dərhal bu hücumları

Read More
Dünya Siyasət Xəbərlər

ABŞ qaçqın qəbulunu 7500 nəfərlə məhdudlaşdıracaq

ABŞ administrasiyası gələn il ölkəyə qəbul ediləcək qaçqınların sayını 7500 nəfərlə məhdudlaşdıracağını açıqlayıb. Gundelik.az xəbər verir ki, Federal Reyestrdə dərc edilən qərara əsasən, bu kvotanın böyük hissəsi ağdərili Cənubi Afrikalılara ayrılacaq. Sənəddə qeyd olunur ki, 2026-cı maliyyə ili üçün müəyyən edilən bu rəqəm, Bayden administrasiyasının ötən il təyin etdiyi 125 min nəfərlik limitdən xeyli azdır.

Read More
Dünya Siyasət Xəbərlər

ABŞ 30 ildən sonra nüvə silahı sınaqlarını bərpa edir

ABŞ Prezidenti Donald Tramp ölkənin 30 ildən artıq fasilədən sonra nüvə silahı sınaqlarını bərpa etməsi barədə göstəriş verib. Gundelik.az xəbər verir ki, Tramp qərarına əsas səbəb kimi Rusiya və Çin kimi dövlətlərin nüvə sınaqları proqramlarında əldə etdikləri irəliləyişi göstərib. O, sosial şəbəkədəki paylaşımında qeyd edib: “Digər ölkələrin həyata keçirdiyi sınaq proqramlarına cavab olaraq Müdafiə Nazirliyinə

Read More