ABŞ şirkəti Ukraynaya 1 milyard dollarlıq silah müqaviləsini pozdu
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Arizona ştatında yerləşən “Odlu Silahlar” şirkəti Ukraynaya təxminən 1 milyard dollar dəyərində sursat tədarükü ilə bağlı müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyib. Gundelik.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb. Məlumata görə, 2022-ci ildə imzalanmış müqavilə çərçivəsində Ukraynaya Sovet dövrünə aid iriçaplı sursatlar – o cümlədən təxminən 10
