Litvada “Stiprus Grifonas 2025” (“Güclü Qriffin 2025”) adlı beynəlxalq hərbi təlimlər başlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 17-dən 31-dək Belarus sərhədindən 15 km məsafədə, Pabradedə yerləşən General Silvestras Žukauskas təlim poliqonunda keçirilən manevrlər Zemaitija piyada briqadasının təşkilatçılığı ilə həyata keçirilir. Təlimlər Litva və Polşa hərbçilərini bir araya gətirir və bu il üçün ən mühüm hərbi hazırlıq tədbirlərindən biri sayılır.
Təlimlərdə 2500-dən çox hərbi qulluqçu və təxminən 400 ədəd hərbi texnika iştirak edir.
Tədbirin məqsədi milli müdafiə çərçivəsində Litva və müttəfiq qüvvələrin birgə müdafiə əməliyyatlarını planlaşdırmaq və həyata keçirmək bacarığını gücləndirməkdir.
Gundelik.az
