Oktyabr 14, 2026
Baku
Siyasət Xəbərlər

Emoməli Rəhmon Azərbaycana yola düşüb

Tacikistan Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak etmək üçün Bakıya səfərə yola düşüb.

Gundelik.az apa-ya istinadən xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər zamanı Emoməli Rəhmonu xarici işlər naziri, Prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər müşayiət edirlər.